logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmlak vergisi hesablanarkən dəyəri azaldılan əmlaklar

  • Bloq
  • 12-dek-2024, 10:35
  • 29
Əmlak vergisi hesablanarkən dəyəri azaldılan əmlaklar

Əmlak vergisi hesablanarkən dəyəri azaldılan əmlaklar


Vergi Məcəlləsinin 13.2.21-ci maddəsinə əsasən, əmlak - hər hansı daşınar və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləridir. Hüquqi şəxsin və fərdi sahibkarın ödəməli olduğu əmlak vergisinin məbləği hesablanarkən ümumi əmlakın dəyərindən aşağıda qeyd olunan əmlakların dəyəri çıxılır. Bu halları vergi eksperti İsmayıl Bağırov şərh edir:

Vergi Məcəlləsinin 199.4-cü maddəsinə əsasən, vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:

- ekologiya və yanğından mühafizə üçün istifadə edilən əsas vəsaitlər

Misal 1: Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 550.000 manat (o cümlədən binalar 100.000 manat, qurğular 50.000 manat, ekologiya avadanlığı 50.000 manat, maşınlar 60.000 manat, hesablama texnikası 30.000 manat, yanğından mühafizə avadanlığı 90.000 manat, digər əmlak 170.000 manat), ilin sonuna isə 700.000 manat (o cümlədən binalar 200.000 manat, qurğular 190.000 manat, ekologiya avadanlığı 50.000 manat, maşınlar 60.000 manat, hesablama texnikası 20.000 manat, yanğından mühafizə avadanlığı 70.000 manat, digər əmlak 110.000 manat) olub. İndi isə müəssisənin büdcəyə ödəməli olduğu əmlak vergisini hesablayaq.

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri ekologiya və yanğından mühafizə üçün istifadə edilən əmlakların dəyəri həcmində azaldılır. Müəssisənin vergiyə cəlb olunan əmlakının ilin əvvəlinə qalıq dəyəri aşağıdakı kimi olacaq:

550.000 – 50.000 – 90.000 = 410.000 manat.

Müəssisənin vergiyə cəlb olunan əmlakının ilin sonuna qalıq dəyəri belə olacaq:

700.000 – 50.000 – 70.000 = 580.000 manat.

Bu halda, müəssisənin vergi tutulan əmlakının orta illik qalıq dəyəri 495.000 manat təşkil edəcək:

(410.000 + 580.000) : 2 = 495.000 manat.

Müəssisələr əsas vəsaitlərinin orta illik qalıq dəyərini müəyyən etdikdən sonra onun dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər:

495.000 x 1% = 4.950 manat.

Deməli, müəssisənin ödəməli olduğu əmlak vergisi 4.950 manat təşkil edəcək.

Misal 2: Fərdi sahibkarın əmlakının ilin əvvəlinə qalıq dəyəri 540.000 manat (o cümlədən binalar 200.000 manat, qurğular 100.000 manat, yanğından mühafizə 190.000 manat, ekologiya avadanlığı 50.000 manat), ilin sonuna isə 560.000 manat (o cümlədən binalar 270.000 manat, qurğular 50.000 manat, ekologiya avadanlığı 40.000 manat, yanğından mühafizə 200.000 manat) olub. Müəssisənin ödəməli olduğu əmlak vergisini hesablayaq:

(100.000 + 50.000) : 2 = 75000 manat;
75.000 x 1% = 750 manat.

Göründüyü kimi, fərdi sahibkarın əmlak vergisi hesablanarkən ekologiya və yanğından mühafizə üçün istifadə edilən obyektlər vergidən azad olunmaqla yanaşı, fərdi sahibkarların balansında olan binalar da istisna təşkil edir. Buna görə də fərdi sahibkarın əmlakının orta illik qalıq dəyəri müəyyən olunarkən onların dəyəri həcmində azaldılır.

- müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq olunmuş mülki müdafiə təyinatlı əmlaklar;

- məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerjiötürücü xətlər, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər;

Misal 3: Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 280.000 manat (o cümlədən neft ötürən kəmərlər 200.000 manat, meliorasiya və suvarma sistemi obyektləri 80.000 manat), ilin sonuna isə 320.000 manat (o cümlədən neft ötürən kəmərlər 210.000 manat, meliorasiya və suvarma sistemi obyektləri 110.000 manat) olub. Vergi Məcəlləsinin müvafiq müddəasından göründüyü kimi, müəssisənin əmlak vergisi hesablanarkən neft ötürən kəmərlər, meliorasiya və suvarma sistemi obyektləri vergidən azad olduğundan, əmlak vergisi hesablanmayacaq.

- fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;

Misal 4: Fərdi sahibkarın əmlakının ilin əvvəlinə qalıq dəyəri 600.000 manat (o cümlədən binalar 300.000 manat, qurğular 60.000 manat, sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri 190.000 manat, enerjiötürücü xətlər 50.000 manat), ilin sonuna isə 560.000 manat (o cümlədən binalar 280.000 manat, qurğular 40.000 manat, sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri 40.000 manat, enerjiötürücü xətlər 200.000 manat) olub. Müəssisənin ödəməli olduğu əmlak vergisini hesablayaq:

(60.000 + 40.000) : 2 = 50.000 manat;
50.000 x 1% = 500 manat.

Göründüyü kimi, fərdi sahibkarın əmlak vergisi hesablanarkən sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri və enerjiötürücü xətləri vergidən azad olunmaqla yanaşı, balansında olan binalar istisna təşkil etdiyindən, əmlakın orta illik qalıq dəyəri müəyyən edilərkən onların dəyəri həcmində azaldılır.

- təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər;

Misal 5: Təhsil müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 290.000 manat (o cümlədən təhsil sahəsində istifadə olunan binası 240.000 manat, kommersiya sahəsində istifadə olunan binası 50.000 manat,) ilin sonuna isə 260.000 manat (o cümlədən təhsil sahəsində istifadə edilən binası 220.000 manat, kommersiya sahəsində istifadə olunan binası 40.000 manat) təşkil edib. Müəssisənin ödəməli olduğu əmlak vergisini hesablayaq:

(50.000 + 40.000) : 2 = 45.000 manat;
45.000 x 1% = 450 manat.

Göründüyü kimi, müəssisənin əmlak vergisi hesablanarkən təhsil sahəsində istifadə etdiyi bina vergidən azad olduğundan, yalnız kommersiya sahəsində istifadə edilən binasına görə 450 manat əmlak vergisi hesablanır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq
  • İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    04-iyn-2025 | Bloq
  • Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    04-iyn-2025 | Bloq
  • Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    04-iyn-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    03-iyn-2025 | Bloq
  • Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    03-iyn-2025 | Bloq
  • Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    02-iyn-2025 | Bloq
  • İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    02-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]