logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

  • Bloq
  • 16-dek-2024, 11:33
  • 77
Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?

Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?



Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən, əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilmiş hallar istisna olunmaqla, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Mövzunu vergi eksperti Kəmalə Yusifova şərh edir:

Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından bu ödənişlər tutulmalıdır:

1.Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

2.Qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri üzrə müəyyən edilmiş məbləğ (buraya aliment, məhkəmə qərarına əsasən kredit və şəxsə olan borcun ödənilməsi daxildir);

3.İşəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna edilməklə) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

4. Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu (işəgötürən işçinin son haqq-hesabından tutmaq hüququna malikdir);

Misal 1: İşçi işdən çıxdığı gün iş ilinə görə həmin dövr üçün 20 gün məzuniyyət hüququ yaranır. Həmin dövrdə 25 gün məzuniyyətdən istifadə edən işçi işdən çıxdığı gün onun artıq qalan 5 gün məzuniyyət məbləği son haqq-hesabdan tutula bilər.

5. Xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

6. Mühasibat tərəfindən səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər (Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinə əsasən, mühasibatlıq pulu düzgün vermədiyi halda, 1 ay müddətində məbləğin tutulması əməliyyatını apara bilər);

Misal 2: İşəgötürən işçiyə avqust ayında 300 manat səhv ödəniş edib. Bu halda, işəgötürən həmin məbləği noyabr ayında ödənişdən 1 ay keçdiyi üçün tələb edə bilməz.

7.Həmkarlar İttifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar təşkilatının xüsusi hesabına köçürülən üzvlük haqları.
Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı hissəsinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin və digər şəxsi borcların ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz.

Məcəllənin 176-cı maddəsində göstərilib ki, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 20%-dən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz. Ancaq burada bəzi istisnalar da var. “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itirilməsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutulmaların məbləği 70%-dən çox ola bilməz.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech