logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da 24 saat ərzində əmək müqaviləsinin LƏĞV etmək imkanı

  • Bloq
  • 17-dek-2024, 10:52
  • 72
ƏMAS-da 24 saat ərzində əmək müqaviləsinin LƏĞV etmək imkanı

ƏMAS-da 24 saat ərzində əmək müqaviləsinin LƏĞV etmək imkanı


ƏMAS altsistemində işəgötürənlə işçi arasında bağlanan və ya dəyişiklik edilən əmək müqaviləsinin 24 saat müddətində ləğvi ilə bağlı məhdudiyyət mövcuddur.

Misal 1. İşəgötürən və işə qəbul ediləcək şəxs arasında 13 dekabr 2024-cü il tarixdə bağlanan əmək müqaviləsinə əsasən, işçinin işə başlama tarixi 20 dekabr 2024-cü ildir. İşəgötürən və işçi 16 dekabr 2024-cü il tarixdə qərar verir ki, əmək müqaviləsinin 20 dekabr 2024-cü ildən hüquqi qüvvəyə minməsinə ehtiyac yoxdur. Bu zaman işəgötürən ƏMAS altsistemində həmin əmək müqavilənin ləğvini həyata keçirə bilməz. Çünki 16 dekabr 2024-cü ildə ləğv edilməsi planlaşdırılıan əmək müqaviləsi 13 dekabr tarixində imzalandığı üçün həmin tarixdən 24 saatdan çox müddət keçib.

Misal 2. İşəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsinə 16 dekabr 2024-cü il tarixdə edilən dəyişikliyə əsasən işçinin əmək haqqının 1 yanvar 2025-ci il tarixdən 1 000 manat olacaq. İşəgötürən və işçi tərəfindən əmək müqaviləsinə dəyişiklik gücləndirilmiş elektron imza ilə təsdiqləndiyi üçün həmin əmək müqaviləsi 16 dekabr 2024-cü il tarixdən “qüvvəyə minəcək” statusunda olacaq. İşəgötürən 20 dekabr 2024-cü il tarixdə qərar verir ki, 1 yanvar 2025-ci il tarixdən işçinin əmək müqaviləsinə artımı həyata keçirməsin. Ancaq əmək müqaviləsinə dəyişikliklərin imzalandığı tarixdən (16 dekabr 2024-cü il) 24 saatdan çox müddət keçdiyi üçün həmin əmək müqaviləsini ləğv etmək qeyri-mümkündür. İşəgötürən əmək müqaviləsinə dəyişikliyin imzalandığı gündə və ya imzalanma vaxtından 24 saat keçmədiyi halda əmək müqaviləsinə dəyişikliyi ləğv etmək hüququna malikdir.

Məlumat üçün bildirək ki, əmək müqaviləsinin 24 saat ərzində ləğv etmək imkanı yalnız “qüvvədə olacaq” statusunda olan əmək müqaviləsinə yaradılır. ƏMAS-da əmək müqaviləsinin “qüvvədə olacaq” statusunda olması üçün bağlanmış əmək müqaviləsinin və ya ona dəyişikliklərin növbəti tarixlərdə hüquqi qüvvəyə minməsi ilə bağlı məlumatın daxil edilməsi zəruridir.

Bir məsələni qeyd edək ki, “qüvvədə olacaq” xitam əmrinin 24 saatdan sonra ləğvi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Misal üçün, işəgötürən 16 dekabr 2024-cü il tarixdə ƏMAS altsistemində hazırladığı xitam əmrində işçinin əmək müqaviləsinə xitam tarixini 29 dekabr 2024-cü il kimi müəyyən edib. İşəgötürən 20 dekabr 2024-cü il tarixdə, xitam əmrinin imzalandığı tarixdən 24 saatdan çox müddət keçməsinə baxmayaraq, “qüvvəyə minəcək” statusunda olan xitam əmrini ləğv etmək hüququna malikdir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech