logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı halda verginin ödənilməsi müddəti uzadıla bilər?

  • Bloq
  • 24-dek-2024, 10:53
  • 37
Hansı halda verginin ödənilməsi müddəti uzadıla bilər?

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri, həmin müddətlərin dəyişdirilməsi qaydalarını mütəxəssis Elşad Əhmədli şərh edir:
Vergi Məcəlləsinin 85.1-ci maddəsinə uyğun olaraq, hər bir verginin ödənilmə müddətləri müəyyən edilib. Ödəniş müddətlərinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Vergi qanunvericiliyinə əsasən, əsas vergilərin ödənilməsi üçün aşağıdakı müddətlər müəyyən olunub:

Hansı halda verginin ödənilməsi müddəti uzadıla bilər?


Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Misal 1: Vergi ödəyicisi 2024-cü ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 5 iyul 2024-cü ildə təqdim etdiyindən həmin tarixə 381 manat borc yaranıb. Amma vergi ödəyicisinə ötmüş gün üçün faiz hesablanmır, çünki 2-ci rüb sadələşdirilmiş verginin ödənilməsinin son tarixi 22 iyul 2024-cü il hesab edilir. Qeyd edək ki, sadələşdirilmiş vergi məbləği rüb başa çatdıqdan sonrakı ayın 20-nə qədər ödənilməlidir. Bu misalda qeyri-iş gününə düşdüyü üçün vaxt uzadılıb.

Misal 2: Cari vergi ödəmələri hər hesabat rübündən sonrakı ayın 15-nə qədər ödənilməlidir. Əgər vergi ödəyicisi həmin vaxt ərzində ödənişi etməyibsə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, cari vergi məbləğinin 0,1% məbləğində faiz tutulur.

Misal 3: Yanvar ayı üzrə ƏDV hesabatı fevral ayının 15-də təqdim edilib. Yaranmış ƏDV borc məbləğı 500 manat olub. Öhdəliyin ödənilməsi mart ayının 10-da icra edilib. Bu zaman fevral ayının 20-dən sonra olan hər gün üçün 0,1 faiz hesablanır:

(500 x 18 gün) x 0.1% = 9 manat.

Vergi Məcəlləsinin 85.6.1-ci maddəsinə əsasən, vergi ödəyiciləri təbii fəlakətlər, təhlükəli obyektlərdə baş verən qəzalar və digər qarşısıalınmaz proseslər nəticəsində zərər çəkdikdə vergi öhdəliklərini yerinə yetirmək müddətini uzatmağa imkan verilir. Bunun üçün vergi ödəyiciləri zərərin dəyməsi ilə bağlı müvafiq dövlət orqanlarından arayışlar əldə etməli, həmin arayışlarla vergi orqanına müraciət etməlidirlər. Bu, onlara vergi öhdəliklərini yerinə yetirməkdə əlavə vaxt qazanmağa kömək edəcək.

Hər bir müraciət müvafiq qaydalara uyğun şəkildə edilməlidir ki, vergi orqanları bu tələbləri nəzərə ala bilsinlər. Bu prosesdə vergi borcunun 10 faizinin ödənilməsi də tələb olunur. Beləliklə, vergi ödəyiciləri təbii fəlakətlərin təsirini azaldaraq vergi öhdəliklərini vaxtında yerinə yetirə bilərlər. Təbii fəlakət və ya qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, vergiödəmə müddətinin uzadılması ilə bağlı faiz hesablanmır. Bu, vergi ödəyicisinin maliyyə yükünü azaltmaq məqsədi daşıyır və onların bərpa prosesini asanlaşdırır.

Vergi ödəyicisi vergi öhdəliklərinin yerinə yetirilməsi müddətini uzatmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

- müddətin uzadılması barədə əsaslandırılmış müraciət;
- hadisənin baş verməsi ilə bağlı müvafiq orqanın arayışı;
- hadisə nəticəsində dəymiş zərərin məbləği ilə bağlı müvafiq orqanın arayışı.

Bu əsaslar təqdim edildikdə vergi ödəyicisinin ödəmə müddətini vergi ili ərzində 1 aydan 9 ayadək uzatması mümkündür. Bu, müəssisələrə zərərin bərpası üçün daha rahat şərait yaratmaqla, onların fəaliyyətini davam etdirmələrinə kömək edir.

Uzadılmış vergi öhdəliyinin yerinə yetirilməsi müddətinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

- vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;
- vergi ödəyicisi haqqında vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;
- vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı qərarın şərtlərinə əməl edilmədikdə.

Həmçinin, vergi orqanı uzadılmış müddətə vaxtından əvvəl xitam verildiyi barədə vergi ödəyicisinə 5 gün ərzində məlumat verməlidir. Vergi ödəyicisi bu məlumatı aldığı tarixdən 30 gün ərzində borc məbləğini və həmin məbləğə hesablanmış faizləri ödəməlidir. Bu prosedurlar vergi ödəyicilərinin məsuliyyətini artırır və qanunvericiliyə riayət etmələrini təmin edir.

Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinin vaxtından əvvəl dayandırılması haqda vergi orqanının, həmçinin onların vəzifəli şəxslərinin hərəkətindən və ya hərəkətsizliyindən şikayət etmək hüququ vardır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Satış üçün tikilən binalar əmlak vergisinə cəlb olunmurmu?
    Satış üçün tikilən binalar əmlak vergisinə cəlb olunmurmu?
    22-avq-2025 | Bloq
  • Artıq iş vaxtına görə əməkhaqqı necə hesablanır?
    Artıq iş vaxtına görə əməkhaqqı necə hesablanır?
    22-avq-2025 | Bloq
  • Barter əməliyyatları və torpaq sahələrinin vergitutması
    Barter əməliyyatları və torpaq sahələrinin vergitutması
    21-avq-2025 | Bloq
  • Əmək münasibətlərində nəzarət güclənəcək
    Əmək münasibətlərində nəzarət güclənəcək
    21-avq-2025 | Bloq
  • Kriptovalyuta gəlirləri necə vergiyə cəlb olunur?
    Kriptovalyuta gəlirləri necə vergiyə cəlb olunur?
    20-avq-2025 | Bloq
  • Kənd təsərrüfatı topdansatışında dövriyyə necə hesablanır?
    Kənd təsərrüfatı topdansatışında dövriyyə necə hesablanır?
    20-avq-2025 | Bloq
  • Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    19-avq-2025 | Bloq
  • Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    19-avq-2025 | Bloq
  • Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    18-avq-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]