logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Biznesə dəstək üçün yeni fond işə başladı

  • Bloq
  • 24-dek-2024, 11:12
  • 61
Biznesə dəstək üçün yeni fond işə başladı

Biznesə dəstək üçün yeni fond işə başladı


Azərbaycanda sahibkarlara və biznesə dəstək üçün yeni mexanizm işə düşür.

Prezident İlham Əliyev dekabrın 23-də Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, sözügedən fond hələ 2021-ci ilin oktyabrında prezidentin fərmanı ilə yaradılmışdı, amma indiyədək fəaliyyətə başlamamışdı.

Dünənki fərmanla, dövlət başçısı Biznesin inkişafı Fondu ilə bağlı 2 əsas sənədi - Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsini və Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydasını təsdiq edib.

Nizamnaməyə əsasən, Biznesin İnkişafı Fondu bir neçə əsas məsələ ilə məşğul olacaq. Bunlar - müvəkkil təşkilatları (bank, BOKT, kredit ittifaqları) vasitəsilə və investisiya qoyuluşu formasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, sahibkarların manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verməkdir.

Fərmanla təsdiqlənmiş Fondun vəsaitlərindən istifadə qaydasına əsasən Biznesin İnkişafı Fondu sahibkarlara güzəştli kreditlər verəcək (yalnız bank və BOKT-lar vasitəsilə), və güzəştli şərtlərlə digər maliyyələşdirmə həyata keçirəcək.

Yeni fondun əsas funksiyalarından biri – qurum ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqəli olan istiqamətlərdə investisiya qoyuluşu şəklində maliyyələşdirmə ilə məşğul olacaq. Başqa sözlə, yeni fond tələb olunarsa, yerli bizneslərə dəstək üçünm onlarla birlikdə yatırım edəcək.

Fondun sahibkarlara dəqiq hansı formada dəstək verməsi yaxın vaxtlarda daha dəqiq bilinəcək. Belə ki, Fərmanla Nazirlər Kakbinetinə tapşırılıb ki, sahibkarlara güzəştli kreditlərin verilməsi və investisiya yatırılması qaydasını dörd ay müddətində təsdiq edib, prezidentə məlumat versin.

Fond 5 nəfərdən ibarət Müşahidə Şurası və idarə heyəti tərəfindən idarə olunacaq. Müşahidə şurasının 5 üzvündən 2-si İqtisadiyyat Nazirliyinin, digərləri isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Neft Fondunun nümayəndələri olacaqlar.

Biznesin İnkişafı Fondu dərhal fəaliyyətə başlayacaq – fərmanla İqtisadiyyat nazirliyinə tapşırılıb ki, 1 ay ərzində fondun əməkdaşlarının ştat tərkibini və maaşları barədə təkliflərini hazırlasın.

Yeni fond 1 milyard manatdan artıq vəsaitlə fəaliyyətə başlayacaq – fərmana əsasən – ABİF-in nizamnamə fondunun məbləği 1 milyard 181 milyon manat müəyyən edilib.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech