logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qısaldılmış iş vaxtı tətbiq edilən işçi tam iş vaxtında işləsə...

  • Bloq
  • 08-yan-2025, 10:28
  • 42
Qısaldılmış iş vaxtı tətbiq edilən işçi tam iş vaxtında işləsə...

Qısaldılmış iş vaxtı tətbiq edilən işçi tam iş vaxtında işləsə...


Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qanunvericiliyin tələbini mütəxəssis Kəmalə Yusifova şərh edir:

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində:

- 16 yaşınadək işçilər üçün 24 saatdan;

- 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün 36 saatdan (Əmək Məcəlləsinin 58.6 maddəsinə əsasən, yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər);

- həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı ilə təsdiq edilib.

Qısaldılmış iş vaxtı ilə bağlı təcrübədə rast gəlinən bəzi suallara aydınlıq gətirək.

Sual 1. Qısaldılmış iş vaxtı tətbiq olunan işçi tam iş vaxtında çalışmaq istəsə, işəgötürən bu tələbi yerinə yetirməlidirmi?

Əmək Məcələsinin 91, 92 və 93-cü maddələri ilə tənzimlənən qısaldılmış iş vaxtının tətbiqi işəgötürən üçün məcburi haldır. Yəni, işçi ərizə yazıb tam iş vaxtında işləmək istəsə belə, işəgötürən bu xahişi icra etməməlidir.

Sual 2. Qısaldılmış iş vaxtının tərtibi necə olur?

Qısaldılmış iş vaxtının konkret hansı saatlara uyğun nizamlanması Əmək Məcəlləsində öz əksini tapmır. Həmçinin, iş qrafikinin müəyyənləşdirilməsində “işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq” ifadəsi yoxdur. Buna görə də işəgötürən işçi üçün qısaldılmış iş vaxtının təyin edilməsində sərbəsdir. Sonradan hər hansı problem yaranmaması üçün işəgötürənin sənədlərdə bu haqda qeydlər etməsi daha məqsədəuyğundur.

Sual 3. Qısaldılmış iş vaxtı tərtib edilməli işçi tam iş saatlarında çalışırsa, proses necə tənzimlənir?

Bəzi hallarda işəgötürən hər hansı səbəbdən (qanunvericiliyi bilmədiyi, iş yerinin attestasiyadan keçirilməsi və s.) işçiyə qısaldılmış iş saatı tətbiq etməli olduğu halda, işçini tam iş saatında çalışdırır. Bu zaman işçiyə əlavə ödəniş edilməlidir.

Misal: Təcili tibbi yardım şöbəsində tibb bacısı kimi işləyən şəxs həftəlik 40 saat çalışdırılıb. Nazirlər Kabinetinin 106 saylı qərarında isə həmin işçilərin həftəlik norması 36 saat müəyyən edilib. Təcrübədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həmin pozuntu aşkar edildikdə işçinin qısaldılmış iş vaxtından çox işlədilməsi halı iş vaxtından artıq işləmiş kimi qiymətləndirilir və Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq, normadan artıq saatlar üçün ikiqat əməkhaqqı hesablanması təmin edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Satış üçün tikilən binalar əmlak vergisinə cəlb olunmurmu?
    Satış üçün tikilən binalar əmlak vergisinə cəlb olunmurmu?
    22-avq-2025 | Bloq
  • Artıq iş vaxtına görə əməkhaqqı necə hesablanır?
    Artıq iş vaxtına görə əməkhaqqı necə hesablanır?
    22-avq-2025 | Bloq
  • Barter əməliyyatları və torpaq sahələrinin vergitutması
    Barter əməliyyatları və torpaq sahələrinin vergitutması
    21-avq-2025 | Bloq
  • Əmək münasibətlərində nəzarət güclənəcək
    Əmək münasibətlərində nəzarət güclənəcək
    21-avq-2025 | Bloq
  • Kriptovalyuta gəlirləri necə vergiyə cəlb olunur?
    Kriptovalyuta gəlirləri necə vergiyə cəlb olunur?
    20-avq-2025 | Bloq
  • Kənd təsərrüfatı topdansatışında dövriyyə necə hesablanır?
    Kənd təsərrüfatı topdansatışında dövriyyə necə hesablanır?
    20-avq-2025 | Bloq
  • Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    19-avq-2025 | Bloq
  • Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    19-avq-2025 | Bloq
  • Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    18-avq-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]