logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçilərin əmək fəaliyyəti ilə bağlı məlumatlarda hansı yeniliklər tətbiq edilib?

  • Bloq
  • 10-yan-2025, 10:44
  • 38
İşçilərin əmək fəaliyyəti ilə bağlı məlumatlarda hansı yeniliklər tətbiq edilib?

İşçilərin əmək fəaliyyəti ilə bağlı məlumatlarda hansı yeniliklər tətbiq edilib?


Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci hissəsinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Bəs bu, konkret olaraq hansı məlumatlara aiddir? sualına vergi eksperti Anar Bayramov aydınlıq gətirir:

Yeni dəyişiklikdən sonra ƏMAS altsistemi işəgötürənlər üçün həm köhnə, həm də yeni əmək müqavilələrinin uçotunun aparılmasını təmin edir. Belə ki, "Onlayn əmək müqavilələri reyestri" bölməsindəki "İşçinin köhnə əmək müqavilələri" altbölməsində işçinin xitam verilən əmək müqavilələri haqqında məlumatı əldə etmək mümkün olur. Həmin bölmədə əmək kitabçasında qeyd edilən əksər məlumatlar öz əksini tapır. Bəzi hallarda əmək kitabçasında qeyd olunmayan əlavə iş yerləri ilə bağlı məlumatı da bu bölmədən əldə etmək mümkündür. Əmək kitabçasında təqdim edilən məlumatlardan fərqli olaraq, ƏMAS altsistemində işçinin yalnız əmək müqaviləsi üzrə xitam verilən vəzifələri qeyd olunur. İşçinin bir vəzifədən digər vəzifəyə keçirilməsi əmək kitabçasında qeyd olunsa da ƏMAS-dakı bölmədə bu məlumata rast gəlinmir.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsi kağız formada bağlanılan əmək müqavilələrini tənzimləyir. Həmin hissəyə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Əmək Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar dedikdə, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı" başa düşülür. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Dəyişikliklərdən öncə olduğu kimi, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsində də əmək kitabçaları ilə bağlı Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq olunmuş "İşçilərin əmək kitabçasının forması vǝ onun tərtibi Qaydaları"na istinad edilib.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 4-cü hissəsi isə xarici ölkədə işləmiş vətəndaşımızın həmin ölkədəki əmək fəaliyyətinin nəzərə alınması məsələlərini tənzimləyir. Maddənin 4-cü hissəsində qeyd edilir ki, xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron informasiya sistemində, habelə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında qeydiyyatı xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

Misal 1: Vətəndaş Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 8 iyul 2014-cü il tarixli 206 nömrəli Prezident fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı"nda nəzərdə tutulan vəzifədə çalışacaq. Həmin vəzifədə çalışanlar üçün əmək kitabçası tətbiq edildiyi üçün işçi xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Misal 2: Vətəndaş Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Azərbaycanın özəl banklarının birində işə düzəlib. Banklarda işə qəbul zamanı əmək kitabçası tələb olunmadığından, işçi xarici ölkədə çalışması barədə məlumatların elektron informasiya sistemində qeyd edilməsi üçün Əmək Məcəlləsinin 87-ci maddəsinin dördüncü hissəsində qeyd olunan müvafiq sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq
  • İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    04-iyn-2025 | Bloq
  • Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    04-iyn-2025 | Bloq
  • Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    04-iyn-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    03-iyn-2025 | Bloq
  • Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    03-iyn-2025 | Bloq
  • Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    02-iyn-2025 | Bloq
  • İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    02-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]