logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ailə üzvünə görə müavinət hansı şərtlərdə verilmir?

  • Bloq
  • 13-yan-2025, 09:57
  • 57
Ailə üzvünə görə müavinət hansı şərtlərdə verilmir?

Ailə üzvünə görə müavinət hansı şərtlərdə verilmir?


Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, işçilərin xahişi ilə bəzi hallarda bir iş ilində ödənişsiz məzuniyyət verilir. Həmin maddənin “h” bəndində göstərilib ki, ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə verilən həmin məzuniyyətin müddəti tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ola bilər. Bəzi hallarda isə xəstə olan ailə üzvünə qulluq edən şəxslərə ödənişlər də nəzərdə tutulub. Mövzuya mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir:

Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə qərarına əsasən, ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqəsi həmin xəstəni müalicə edən həkim tərəfindən elektron sənəd formasında tərtib edilir.

14 yaşı tamam olmuş və ailənin yaşlı xəstə üzvünə qulluq etmək üçün xəstəlik vərəqəsi qulluq edilməmə səbəbindən xəstənin həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, xəstəni xəstəxanaya qoymaq imkanı olmadıqda tərtib edilir.

Misal 1: İşçinin anası yıxılaraq zədə alıb və xəstəxanaya yerləşdirilib. Bu halda işçiyə anası xəstəxanaya yerləşdirildiyi üçün müavinət hesablanmayacaq.

Ailənin belə xəstə üzvünə qulluq etmək üçün tərtib edilən xəstəlik vərəqəsinin müddəti 7 gündən artıq olmamalıdır. Bu müddət yalnız müstəsna hallarda xəstəliyin ağırlığından və məişət şəraitindən asılı olaraq müalicə həkimi və baş həkim tərəfindən 10 təqvim günündən çox olmayaraq uzadıla bilər.

14 yaşına çatmamış xəstə uşağa qulluq etmək üçün xəstəlik vərəqəsi uşağın anası (atası), digər qanuni nümayəndələri və ya uşağa qulluq edən digər ailə üzvləri üçün tərtib edilir. Xəstəlik vərəqəsi bu cür xəstə uşağın istər ambulator, istərsə də stasionar müalicəsində, onun xidmətə ehtiyacı olan bütün dövr üçün tərtib edilir.

Misal 2: İşçinin 10 yaşlı qızı xəstəlik keçirib və evdə müalicə alır. Bu zaman işəgötürən işçiyə hər hansı müddət gözləmədən xəstəlik vərəqəsində qeyd olunan tarix üçün müavinət ödənilməsini təmin edəcək.

Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 22-ci bəndində göstərilib ki, immun çatışmazlığı virusuna yoluxmuş və ya SPİD xəstəliyinə tutulmuş 16 yaşına çatmamış xəstə uşağın müalicəsində valideynlərindən birinə, yaxud digər qulluq edən şəxsə xəstəlik vərəqəsi uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün tərtib edilir.

Qeyd etmək lazımdır ki, müavinət ödənilməsi üçün xəstəlik vərəqəsinin işəgötürənə təqdim olunması mütləq tələbdir. Ailə üzvünə qulluqla bağlı müavinətin hesablanması zamanı xəstəlik vərəqəsinə xəstəyə qulluq edilməsi ilə bağlı qeyd aparılmalıdır. Onu da deyək ki, işçi məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətini itirərsə, ona müavinət hesablanır, amma ailə üzvlərinin xəstələnməsinə görə müavinət ödənilmir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq
  • İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    19-mar-2026 | Bloq
  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq
  • Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    18-mar-2026 | Bloq
  • Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    16-mar-2026 | Bloq
  • 7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    16-mar-2026 | Bloq
  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech