logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sahibkar hər sahə üzrə müstəqil divident ödəyə bilərmi?

  • Bloq
  • 21-yan-2025, 09:30
  • 47
Sahibkar hər sahə üzrə müstəqil divident ödəyə bilərmi?

Sahibkar hər sahə üzrə müstəqil divident ödəyə bilərmi?


Bildiyimiz kimi, bir sıra sahibkarlıq subyektləri bir VÖEN altında müxtəlif fəaliyyət sahələri ilə məşğul olurlar. Bu zaman bir fəaliyyət sahəsi mənfəətlə, digər fəaliyyət sahəsi isə zərərlə nəticələnə bilər. Bəs bu halda dividentlər necə ödənilməlidir? Hər bir fəaliyyət sahəsi üzrə ayrı-ayrılıqda dividentlər ödənilə bilərmi? Mövzu ilə bağlı suallara Altay Cəfərov aydınlıq gətirir:

Tutaq ki, bir sahibkar eyni zamanda həm sərnişindaşıma, həm də ticarət fəaliyyəti ilə məşğul olur. Vergi Məcəlləsinin tələblərinə görə, sərnişindaşıma fəaliyyəti sadələşdirilmiş verginin ödəyicilərinə aid olan əməliyyatlardır. Yəni, fəqrlənmə nişanı əldə edib bu fəaliyyəti həyata keçirirlər. Vergi Məcəlləsinin 221.4.5-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımaları həyata keçirən vergi ödəyiciləri, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, həmin fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Bundan əlavə, Vergi Məcəlləsinin 219.5-ci maddəsində göstərilib ki, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs isə (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Maddədən də aydın olur ki, sadələşdirilmiş verginin ödəyicisləri ƏDV-nin, mənfəət vergisinin ödəyiciləri olmadığına baxmayaraq, təsisçilərə divident ödəyəndə ödəmə mənbəyində vergi tutulmasından azad edilməyib (mikro sahibkarlardan başqa).

Həmçinin, Vergi Məcəlləsinin 221.6-cı maddəsinə əsasən, bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. Burada əsas tələb hər bir fəaliyyət növü üzrə gəlirlərin və xərclərin hesabatının ayrı-ayrılıqda aparılmasıdır. Maddənin tələblərinə görə, həm sərnişindaşıma üzrə olan mənfəət, həm də digər fəaliyyətdən əldə edilmiş mənfəət (zərər) ayrılıqda uçota alınır və bir-biri ilə qarışdırılmır. Nəticə olaraq, görünür ki, hər bir fəaliyyət üzrə əldə edilmiş mənfəət və ya zərər ayrı-ayrılıqda bölüşdürülə bilər.

Vergi qanunvericiliyinə əsasən, sərnişindaşıma üzrə fəaliyyətdən mənfəət, digər fəaliyyətdən zərər olmuşdursa, sərnişindaşımadan yaranmış xalis mənfəəti bölüşdürmək olar. Amma mühasibat uçotu baxımından, bu, düzgün deyil. Çünki bu zaman ümumi fəaliyyətin nəticələrinə görə formalaşmış xalis mənfəət bölüşdürülür. Yəni, bütün fəaliyyətlərin cəmi nəzərə alınır. Ona görə də tövsiyə edilir ki, əlavə sualların, uçot fərqlərinin yaranmaması üçün yaxşı olardı ki, təkcə sərnişindaşıma üzrə yox, ümumi fəaliyyətin nəticələrinə görə xalis mənfəət yaranarsa, o halda divident ödənilsin.

- Amma qeyd etdiyimiz kimi, vergi uçotu ayrı-ayrılıqda bölüşdürməyə imkan verir.

- Sərnişindaşıma üzrə fəaliyyətdən əldə olunan gəlirlər və ya xərclər mənfəət vergisi bəyannaməsində nəzərə alınmır.

- Ancaq bu fəaliyyətdən əldə edimiş xalis mənfəət və ya zərər Əlavə 1-də göstərilir.

Misal: Tutaq ki, MMC-nin əsas fəaliyyətindən 2023-cü ildə 100.000 manat zərər formalaşıb, ancaq sərnişindaşımadan 50.000 manat xalis mənfəət yaranıb. Şirkət 50.000 manatı divident kimi təsisçilərə ödəmək qərarına gəlib. Bu zaman müəssisə 2.500 manat divident vergisini büdcəyə ödəməli və ödədiyi rübün ödəmə mənbəyində vergi bəyannaməsində qeyd etməlidir:

50000 x 5% = 2500 manat.

Mənfəət vergisi bəyannaməsi üzrə Əlavə 1-də 50.000 manat sərnişindaşımadan yaranmış xalis mənfəəti “daxil olan” sütünunda yazmalı və divident kimi ödənilmiş 50.000 manatı həmin sətrin “silinmişdir” sütununda göstərməlidir.

100.000 manat zərəri isə aktivlərdə “digər aktivlər” hissəsində yazacaq.

Nəticə olaraq, yenə də ilin sonuna qalıqda xalis mənfəət 0,00 olacaq. Adətən, belə halda vergi orqanlarından kameral yoxlamalar zamanı uyğunsuzluq gəlmir. Çünki siz 50.000 manat dividenti ödəmə mənbəyində vergi bəyannaməsində göstərmisiniz və vergi məbləğini ödəmisiniz. Əgər uyğunsuzluq gəlsə, açıqlama verilərək məsələ aradan qalxmış olur.

Yaxud MMC-nin hər iki fəaliyyət sahəsində zərəri olub – 50.000 manat zərər sərnişindaşımadan və 100.000 manat əsas fəaliyyətdən. Bu halda hər iki cəmlənmiş zərər Əlavə 1-də “digər aktivlər” bölməsində yazılacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    16-dek-2025 | Bloq
  • Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?
    Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?
    16-dek-2025 | Bloq
  • Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    15-dek-2025 | Bloq
  • Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?
    Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?
    15-dek-2025 | Bloq
  • Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    12-dek-2025 | Bloq
  • Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    12-dek-2025 | Bloq
  • Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    11-dek-2025 | Bloq
  • ƏDV qeydiyyat limiti artırılır
    ƏDV qeydiyyat limiti artırılır
    11-dek-2025 | Bloq
  • Əmək müqaviləsi və ya ona dəyişikliklər hansı halda hüquqi qüvvəyə minir?
    Əmək müqaviləsi və ya ona dəyişikliklər hansı halda hüquqi qüvvəyə minir?
    10-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech