logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yeni dəyişikliklə fərdi sahibkar başqa fəaliyyətlə məşğul olduqda, güzəşt hüququ necə tənzimlənir?

  • Bloq
  • 31-yan-2025, 11:15
  • 50
Yeni dəyişikliklə fərdi sahibkar başqa fəaliyyətlə məşğul olduqda, güzəşt hüququ necə tənzimlənir?

Yeni dəyişikliklə fərdi sahibkar başqa fəaliyyətlə məşğul olduqda, güzəşt hüququ necə tənzimlənir?


Həmkarlarımızı maraqlandıran məsələrdən biri də vergi ödəyicisinin Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə qeyd edilən fəaliyyətlərlə yanaşı, digər fəaliyyətlərlə də məşğul olmasıdır. Vergi Məcəlləsinə əlavə edilən 102.9-cu maddənin ikinci abzasına əsasən, Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Maddənin tələblərini misalla izah edək.

Mİsal 1. Maşın təmiri ilə məşğul olan vergi ödəyicisi həm də özünün sosial şəbəkəsində reklam xidməti göstərir. İl ərzində fərdi sahibkarın maşın təmiri və reklam xidmətindən gəlirləri müvafiq olaraq (xərclər nəzərə alınmadan) 30 000 və 12 000 manat təşkil edib. Göründüyü kimi vergi ödəyicisinin il ərzində gəliri 42 000 manat, yəni 45 000 manatdan az olub. Amma vergi ödəyicisi gəlir vergisinə 75 faiz güzəşt tətbiq edə bilməyəcək. Çünki maşın təmiri ilə bağlı fəaliyyətdən əldə etdiyi illik gəlirin illik ümumi gəlirlərdə xüsusi çəkisi 71.42 faiz ((30 000 manat (maşın təmiri üzrə gəlir) / 42 000 manat (ümumi gəlir)) təşkil edir. Vergi ödəyicisinin Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan reklam xidmətindən əldə etdiyi illik gəlirinin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olduğuna görə ona 75 faizlik güzəşt tətbiq edilməyəcək.

Mİsal 2. Fərdi sahibkar məişət texnikalarının təmiri ilə yanaşı, kuryer fəaliyyəti həyata keçirir. Vergi ödəyicisinin məişət texnikası təmiri üzrə illik gəliri (xərclər nəzərə alınmadan) 15 000 manat, kuryer fəaliyyəti üzrə illik gəliri isə 35 000 manat olub. Vergi ödəyicisinin Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan kuryer fəaliyyəti üzrə gəlirinin ümümi gəlirlərində xüsusi çəkisi 50 faizdən çoxdur: 70 faiz (35 000 manat (kuryer fəaliyyət üzrə gəlir) / 50 000 manat (ümumi gəlir)). Amma vergi ödəyicisinin ümumi illik gəliri 50 000 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan 45 000 manatlıq həddən yuxarıdır. Bu səbəbdən də, fərdi sahibkarın Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan kuryer fəaliyyəti üzrə gəliri umumi gəlirlərinin 50 faizindən çox və 45 000 manatdan az olsa da, ümumi gəliri 50 000 manat olduğundan 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcək. Bu halda vergi ödəyicisinə 75 faizlik güzəştin tətbiq edilməmə səbəbi onun illk gəlirinin 50 000 manat olmasıdır.

Mİsal 3. Fərdi sahibkarın 2025-ci il üzrə çilingər xidməti üzrə gəliri (xərclər nəzərə alınmadan) 20 000 manat olub, həmçinin turizm bələdçiliyi üzrə gəliri (xərclər nəzərə alınmadan) 22 000 manat olub. Vergi ödəyicisinin göstərdiyi xidmət - turizm bələdçiliyi Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin siyahısında var. Vergi ödəyicisinin turizm bələdçiliyi üzrə gəlirinin ümumi gəlirlərdə xüsusi çəkisi 52,38 faiz (22 000 manat (turizm bələdçiliyi üzrə) / 42 000 manat (iki fəaliyyət üzrə cəmi gəliri)) təşkil etdiyi üçün ona 75 faiz güzəşt tətbiq ediləcək. Beləliklə, vergi ödəyicisinin ümumi gəliri olan 42 000 manatlıq gəlir üzrə xərclər çıxıldıqdan sonra 75 faiz güzəşt tətbiq ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sahibkarlar üçün güzəştin müddəti – 2030-CÜ İLƏDƏK UZADILACAQ
    Sahibkarlar üçün güzəştin müddəti – 2030-CÜ İLƏDƏK UZADILACAQ
    18-sen-2025 | Bloq
  • Müəllimlərin məzuniyyəti və hesablanması qaydası
    Müəllimlərin məzuniyyəti və hesablanması qaydası
    18-sen-2025 | Bloq
  • Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    17-sen-2025 | Bloq
  • İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    17-sen-2025 | Bloq
  • 2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    16-sen-2025 | Bloq
  • Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    16-sen-2025 | Bloq
  • Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    15-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    15-sen-2025 | Bloq
  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]