logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kredit götürən şəxslərin sığorta təminatında nələr dəyişdi?

  • Bloq
  • 06-fev-2025, 11:01
  • 28
Kredit götürən şəxslərin sığorta təminatında nələr dəyişdi?

Kredit götürən şəxslərin sığorta təminatında nələr dəyişdi?



“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”na əsasən, vətəndaşlar kredit götürmək istəyərkən həmin kredit müqaviləsi üzrə öhdəlik müddətində sağlamlığında baş verə biləcək neqativ hallar səbəbindən əlilliyi, yaxud ölümü halında kredit öhdəliyinin onun sağlamlığı itdikdə özünə, vəfatı zamanı varislərinə əlavə yük yaratmaması üçün həyat sığortası məhsulu alaraq bu riskləri təminat altına almaq imkanına malikdirlər. Sadəcə olaraq, kredit götürən şəxsin sığortaya marağının olmaması, təcili kredit lazım olduqda bu məhsulun ağıla gəlməməsi və digər hallar səbəbindən həmin sığorta növü barədə məlumatlılıq aşağı səviyyədədir. Mövzunu Şəhriyar Həbilov şərh edir

Nəzərə almaq lazımdır ki, kredit götürən şəxslər ölkədə fəaliyyət göstərən və həyat sığortası sahəsi üzrə lisenziyası olan istənilən sığorta şirkətindən bu məhsulu əldə edə bilər. Seçim isə sərbəstdir. Heç kimi sığorta şirkətini seçməyə məcbur etmək olmaz. Bank və sığorta qanunvericiliyi çərçivəsində həyata keçirilən islahatlar bu sığorta növü üzrə təminat həcmi, şərtlər və müqavilə münasibətlərinin uğurlu beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində dəyişikliklərdə özünü büruzə verdi. Onu da vurğulamaq lazımdır ki, bu islahatlar özlüyündə maliyyə xidməti istehlakçılarının kredit öhdəliyi üzrə əlavə çətinliklərlə üzləşməsinin qarşısının alınmasında effektivliyini saxlamaqdadır.

Kredit götürən şəxslərin həyat sığortası ilə bağlı təminatında hansı dəyişikliklər edilib?

Əvvəla qeyd etmək lazımdır ki, fiziki şəxs kredit müqaviləsi bağlamazdan öncə bank ona sığortalanma haqqında ərizə forması təqdim edir. Ərizədə şəxsin krediti götürəcəyi halda, kredit öhdəliyini hansı sığorta şirkətində sığortalaya biləcəyi, sığorta müqaviləsi bağlandıqda və müqavilə olmadan kredit müqaviləsi təsdiqləndikdə ödəyəcəyi kredit faizi, o cümlədən sığorta müqaviləsinə görə ödəcəyi sığorta haqqının həcmi aydın şəkildə göstərilməlidir.

- Kredit müqaviləsi 10 illik olsa da sığorta müqaviləsi əvvəl qısamüddətli bağlana bilirdi. Bu isə şəxsin kredit müqaviləsi müddəti bitmədən məruz qalacağı riskləri təminat altına ala bilmirdi. Dəyişikliklərə əsasən, hər bir halda sığorta müqaviləsi kredit müqaviləsi üzrə şəxsin öhdəlik müddətinə bərabər olacaq.

- Əvvəllər şəxs 10 min manat həcmində kredit götürdükdə 1.000 manatlıq sığorta təminatı barədə təklif ala bilirdi. Dəyişikliklərə əsasən, şəxsin kredit müqaviləsi üzrə öhdəliyi həcmində, yəni 10 min manat dəyərində sığorta təminatı təklif edilməlidir.

- İslahatlar şəxsin əvvəlcədən varisləri üçün əlavə xərcləri kompensasiya etməsinə imkan verəcək yeniliklər də gətirdi. Belə ki, şəxs kredit götürərkən kredit müqaviləsi üzrə öhdəliyinin həcmindən də əlavə sığorta təminatı götürərək hadisə halında əlavə xərcləri kompensasiya edə biləcək.

- Sığorta müqaviləsi bağlanarkən sığorta şirkəti müqavilənin şərtləri, hadisə zamanı nələr etmək lazımdır və digər münasibətləri tənzimləyən daha detallı yaddaş vərəqi də əldə edə biləcək.

- Əvvəlki münasibətlərdə hadisə zamanı bir çox sənədi təqdim etmək zərərçəkmişin və ya vərəsələrin öhdəsində qalırdı ki, bu da əlavə vaxt itkisi və get-gələ səbəb ola bilirdi. Bu kimi halların ortaya çıxmaması üçün sığorta şirkəti tərəfindən sorğu verilməklə dövlət qurumlarından sənədlərin toplanması barədə tənzimləmələr də gətirildi.

- Borcalanın vəfatı halında varislərin müəyyən olunması, banka məlumat verilməsi, bankın sığorta şirkətini məlumatlandırması kimi hallar sonda vərəsələrin kredit, xüsusilə də əlavə faiz öhdəlikləri ilə qarşı-qarşıya qalmasına şərait yaradırdı. Dəyişikliklərdən sonra isə artıq hadisə barədə bank, sığorta şirkəti, hətta sığorta müqaviləsini bağlamaqda vasitəçilik edənin belə məlumatlandırılması hər iki təşkilatın bir-birini erkən məlumatlandırmasına imkan verir.

Sığorta müqaviləsini bağlamadan kredit götürmək olarmı?

Sığorta müqaviləsini bağlamaq bankın kredit şərtlərində (siyasətində) mütləq qeyd edilməyibsə, sığorta müqaviləsini bağlamadan da kredit götürmək olar. Sadəcə olaraq, nəzərə almaq lazımdır ki, sığorta müqaviləsi bağlamadan kredit götürdükdə kredit faizi daha yüksək ola bilər, həmçinin sağlamlığın itirilməsi və ya vəfat halında bütün kredit öhdəliyi, həmçinin faizlər də şəxsin və ya ailə üzvlərinin çiyinlərində əlavə yük kimi qala bilər.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq
  • Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    02-iyl-2025 | Bloq
  • Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    01-iyl-2025 | Bloq
  • Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    01-iyl-2025 | Bloq
  • ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    30-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]