logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

AMB, rəqəmsal manatın texnoloji bazası üçün bir neçə yanaşma araşdırır

  • Bloq
  • 11-fev-2025, 14:49
  • 34
AMB, rəqəmsal manatın texnoloji bazası üçün bir neçə yanaşma araşdırır

AMB, rəqəmsal manatın texnoloji bazası üçün bir neçə yanaşma araşdırır


Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılmasında bir neçə yanaşma nəzərdən keçirilir.

“Rəqəmsal manatın tətbiqinə tələsmirik”

AZE Finance.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
“Dünyada mərkəzi bankların rəqəmsal valyutalarının tətbiqi istiqamətində geniş tədqiqatlar və pilot layihələr həyata keçirilir. Bu prosesdə əsas məqsəd maliyyə sisteminin səmərəliliyini artırmaq, nağdsız dövriyyəni genişləndirmək və rəqəmsal transformasiyanı dəstəkləməkdir”, - Mərkəzi Bank bildirib.

Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı da bu sahədə aparılan qlobal təcrübələri nəzərə alaraq, rəqəmsal manatın tətbiq imkanlarını qiymətləndirir. Beynəlxalq Valyuta Fondunun texniki yardımı çərçivəsində CBDC-nin iqtisadi təsirləri, hüquqi çərçivəsi və texnoloji infrastrukturu ilə bağlı geniş təhlillər aparılıb:

“Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılması zamanı bir neçə əsas yanaşma - blokçeyn və paylanmış reyestr texnologiyaları (DLT – Distributed Ledger Technology) və mərkəzləşdirilmiş verilənlər bazası üzərində qurulmuş təhlükəsiz ödəmə platformaları nəzərdən keçirilir. Beynəlxalq təcrübədə fərqli yanaşmalara rast gəlinir. Məsələn, Çin Xalq Bankı rəqəmsal yuan üçün mərkəzləşdirilmiş idarəetmə modelindən istifadə edir, Avropa Mərkəzi Bankı isə rəqəmsal avronun texnoloji dizaynı üçün paylanmış reyestr texnologiyalarını test edir. Azərbaycan Mərkəzi Bankı beynəlxalq təcrübəni öyrənərək və yerli maliyyə sektorunun xüsusiyyətlərini nəzərə alaraq, rəqəmsal manatın texnoloji həllini müəyyən edəcək”, - deyə Mərkəzi Bankdan qeyd ediblər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech