logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisinin təsərrüfat subyekti üzrə uçotu

  • Bloq
  • 27-fev-2025, 10:27
  • 58
Vergi ödəyicisinin təsərrüfat subyekti üzrə uçotu

Vergi ödəyicisinin təsərrüfat subyekti üzrə uçotu


Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) onun qeydiyyatda olduğu ünvandan kənarda yerləşirsə, həmin təsərrüfat subyekti ayrıca uçota alınmalıdır. Bu halda vergi ödəyicisi təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

Bu qaydaları mütəxəssisi Nahid İbrahim izah edir:
Əgər vergi ödəyicisinin iki və ya daha çox təsərrüfat subyekti (obyekti) varsa, bu halda o, iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. İqtisadi maraqlar mərkəzi, adətən, vergi ödəyicisinin əsas idarəetmə funksiyalarının həyata keçirildiyi və ya əsas gəlir mənbələrinin cəmləşdiyi yer kimi müəyyən edilir.

Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinin tətbiqini daha yaxşı anlamaq üçün aşağıdakı misalları nəzərdən keçirək.

Tək təsərrüfat subyekti

Misal 1: "XX" MMC Şəki şəhərində qeydiyyatdan keçib və əsas ofisi də orada yerləşir. Şirkət Masallı şəhərində yeni bir mağaza açır. Bu halda "XX" MMC-nin Masallıdakı mağazası təsərrüfat subyekti sayılır və Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, həmin mağaza Masallı şəhərində ayrıca uçota alınmalıdır.

İki və ya daha çox təsərrüfat subyekti

Misal 2: "X-1" ASC Bakı şəhərində qeydiyyatdan keçib və əsas ofisi də orada yerləşir. Şirkət həm Şəki, həm də Masallı şəhərlərində filiallar açır. Bu halda ASC-nin iki təsərrüfat subyekti olduğundan, Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, şirkət iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınmalıdır. Əgər şirkətin əsas idarəetmə funksiyaları və ya əsas gəlir mənbələri Bakı şəhərində cəmlənibsə, o zaman Bakı şəhəri iqtisadi maraqlar mərkəzi hesab olunur və şirkət həmin ünvan üzrə yenidən uçota alınır.
Bu tələblər vergi orqanlarının vergi ödəyicilərinin fəaliyyətini daha dəqiq izləməsinə və nəzarət etməsinə şərait yaradır. Vergi ödəyiciləri isə uçot prosedurlarına ciddi riayət etməli və müvafiq məlumatları qanunvericiliyin tələblərinə uyğun olaraq, vaxtında təqdim etməlidirlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech