logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu?

  • Bloq
  • 03-mar-2025, 10:08
  • 66
Elektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu?

Elektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu?


Mən məsləhət xidməti göstərirəm. Son xidmət zamanı elektron qaimə-fakturanı tərtib etməyi unutmuşam. Bilmək istəyirəm ki, buna görə mənə maliyyə sanksiyası tətbiq olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, elektron qaimə-fakturanın tərtibi və tətbiqi ilə bağlı qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənir.

Diqqətə çatdırılıb ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən olunmuş hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim olunması barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində əksini tapır.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Xidmətdən o da bildirilib ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech