logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron əmtəə-nəqliyyat qaiməsi olmadan malların daşınmasına görə cəriməni hansı qurum tətbiq edə bilər?

  • Bloq
  • 05-mar-2025, 09:58
  • 48
Elektron əmtəə-nəqliyyat qaiməsi olmadan malların daşınmasına görə cəriməni hansı qurum tətbiq edə bilər?

Elektron əmtəə-nəqliyyat qaiməsi olmadan malların daşınmasına görə cəriməni hansı qurum tətbiq edə bilər?


“Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi ilə bağlı qaydalar”ın 1.3.-cü bəndində qeyd edilir ki, elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Vergi ödəyicisi elektron əmtəə-nəqliyyat qaiməsi olmadan daşınma edərsə, o zaman qanunvericilik tələbi pozulmuş hesab ediləcək. Malların alqı-satqısı zamanı onların daşınması nəzərdə tutulursa, vergitutma məqsədləri üçün elektron əmtəə-nəqliyyat qaiməsinin mövcud olmaması və ya orada təhrif edilmiş məlumatların olması əməliyyatın əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsinə səbəb ola bilər.
İnzibati məsuliyyətə gəlincə isə, İnzibati Xətalar Məcəlləsinin 323.2-ci maddəsinə əsasən, əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə qırx manat məbləğində cərimə edilir. Burda daşınan yüklərin həcmi inzibati cərimə məbləğinə hər hansı təsiri yoxdur. Çünki İnzibatı Xətalar Məcəlləsinin 323.2-ci maddəsində inzibati cərimə sabit məbləğ olaraq 40 manat müəyyənləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilən “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 323-cü maddəsi üzrə səlahiyyət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə verilib.
Bu səbəbdən də, yol-patrul xidməti baş inspektorları və inspektorları də elektron əmtəə-nəqliyyat qaiməsi olmayan nəqliyyat vasitəsini 40 manat məbləğində cərimələyə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İşğaldan azad olunmuş ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək
    İşğaldan azad olunmuş ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək
    22-dek-2025 | Bloq
  • Orqanomineral gübrələrin idxalı və satışı ƏDV-dən azad ediləcək
    Orqanomineral gübrələrin idxalı və satışı ƏDV-dən azad ediləcək
    22-dek-2025 | Bloq
  • Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər
    Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər
    19-dek-2025 | Bloq
  • Vəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?
    Vəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?
    19-dek-2025 | Bloq
  • Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
    Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
    18-dek-2025 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    18-dek-2025 | Bloq
  • ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    17-dek-2025 | Bloq
  • Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?
    Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?
    17-dek-2025 | Bloq
  • Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    16-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech