logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı nə kimi dəyişikliklər edilib?

  • Bloq
  • 07-mar-2025, 09:53
  • 36
Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı nə kimi dəyişikliklər edilib?

Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı nə kimi dəyişikliklər edilib?


2025-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. Mütəxəssis Jalə Abbasova həmin yenilikləri açıqlayır:

Mikro sahibkarlara vergi güzəştləri

Təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75%-i gəlir vergisindən azad olunur. Bu fəaliyyət sahələri aşağıdakılardır:

- proqram təminatının işlənməsi sahəsində xidmətlər;

- layihə-dizayn və dekorasiya xidmətləri;

- tərcümə xidməti;

- reklam xidməti;

- araşdırma və tədqiqat sahəsində fəaliyyət;

- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;

- hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;

- jurnalistlərin fəaliyyəti;

- bazar konyukturunun öyrənilməsi;

- qiymətləndirmə fəaliyyəti;

- avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;

- turizm bələdçiliyi;

- xidmətlərin ixracı.

Yuxarıdakı abzaslarda nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75%-i fiziki şəxslərin gəlir vergisindən azaddır.

Misal 1: Sahibkar reklam xidməti ilə məşğuldur və ilin sonunda əldə etdiyi gəlir 43.000 manatdır. Bu halda o, mikrobiznes sayılır və illik gəliri 45.000 manatdan aşağı olduğuna görə, vergi güzəştlərindən faydalana bilər:

43.000 x 75% =32.250 manat;
43.000 – 32.250 = 10.750 manat;
10.750 x 20% = 2.150 manat.

Beləliklə, reklam xidməti ilə məşğul olan fərdi sahibkar 43.000 manat gəlir əldə etməsinə baxmayaraq, 8.600 manat əvəzinə 2.150 manat gəlir vergisi ödəyir.

Sığorta haqlarından azadolma

Həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlərə gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilir. Bu dəyişiklik 2025-ci il yanvarın 1-dən sonra bağlanmış müqavilələrə şamil edilir.

Bərpa olunan enerji layihələri

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan və bərpaolunan enerji mənbələrindən istifadə edilən elektrik enerjisi istehsalı layihələri üzrə əldə edilən gəlirlər 30 ildən çox olmayan müddətə gəlir vergisindən azad edilir.

Misal 2: Şəxs dövlət-özəl tərəfdaşlığı çərçivəsində 20 il müddətinə bir infrastruktur layihəsini həyata keçirir və bu müddət ərzində əldə etdiyi gəlirlər gəlir vergisindən azaddır. Bu, şirkətə əlavə maliyyə dəstəyi verir və layihələrinin inkişafını sürətləndirir.

ƏDV ilə bağlı dəyişikliklər

Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxslərə fiziki şəxslər tərəfindən teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üçün nağdsız ödənişlər zamanı ödənilən ƏDV-nin 50 faizi həmin şəxslərə geri qaytarılacaq. Bu dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Mənfəət vergisindən azadolma

Qanunvericiliyə uyğun qeydiyyatdan keçmiş teatr, muzey, simfonik orkestr və film istehsalı ilə məşğul olan müəssisələrin və filmin prodüserlərinin həmin fəaliyyətdən əldə etdikləri gəlirin 90%-i 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azad edilir.

Bu dəyişikliklər ümumilikdə Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafını sürətləndirəcək və mədəniyyət, texnologiya, təhsil və digər sahələrdə yeni imkanlar yaradacaq, yerli filmlərin istehsalına dəstək olacaq.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    19-avq-2025 | Bloq
  • Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    19-avq-2025 | Bloq
  • Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    18-avq-2025 | Bloq
  • Yükdaşıma fəaliyyəti üzrə fərdi sahibkarların sosial və tibbi sığorta haqlarının hesablanması
    Yükdaşıma fəaliyyəti üzrə fərdi sahibkarların sosial və tibbi sığorta haqlarının hesablanması
    18-avq-2025 | Bloq
  • ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ
    ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ
    15-avq-2025 | Bloq
  • İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR
    İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR
    15-avq-2025 | Bloq
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    Rəsmi məzənnələr - AÇIQLANDI
    14-avq-2025 | Bloq
  • Agent fiziki şəxslərin icarə gəliri üzrə vergi öhdəliyini icra edə bilərmi?
    Agent fiziki şəxslərin icarə gəliri üzrə vergi öhdəliyini icra edə bilərmi?
    14-avq-2025 | Bloq
  • Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası
    Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası
    13-avq-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]