logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-rezidentə göstərilən xidmətlər üçün əldə edilən gəlirin ƏDV-yə cəlb olunması

  • Bloq
  • 12-mar-2025, 10:05
  • 104
Qeyri-rezidentə göstərilən xidmətlər üçün əldə edilən gəlirin ƏDV-yə cəlb olunması

Qeyri-rezidentə göstərilən xidmətlər üçün əldə edilən gəlirin ƏDV-yə cəlb olunması


Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda, həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Bəs qeyri-rezidentə göstərilən xidmətlərə görə əldə edilən gəlirlər ƏDV-yə hansı formada cəlb olunur? suala ekspert Mahmud Abasquliyev aydınlıq gətirir:

Qeyri-rezidentlərə göstərilən xidmətlərə görə əldə edilən gəlirlərin ƏDV-yə cəlb olunmasının 3 halı mümkündür. Vergi Məcəlləsinin 159.2-ci maddəsində göstərilib ki, bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Məcəllənin 168-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Birinci hal: Rezident müəssisə qeyri-rezidentə Azərbaycan Respublikasının hüdudları daxilində xidmət göstərərsə, o zaman rezidentin aldığı xidmət haqqının məbləği ƏDV bəyannaməsində əks etdirilərək 18% dərəcə ilə vergiyə cəlb olunacaq.

Misal 1: “AA” MMC İtaliyada fəaliyyət göstərən şirkətə (qeyri-rezident) Azərbaycan Respublikası daxilində hüquq sahəsində xidmət göstərib. Həmin şirkət İtaliyadakı bank hesabından MMC-nin Azərbaycandakı bank hesabına 10.000 manat xidmət haqqı və 1800 manat (cəmi 11.800 manat) əlavə ödəniş edib. Bu zaman “AA” MMC ƏDV bəyannaməsinin Əlavə 3-də həmin məbləğin 1800 manatını ayıraraq dövlət büdcəsinə öhdəliyi formalaşdıracaq.
Büdcəyə ƏDV öhdəliyi: (11.800 : 118%) x 18% = 1.800 manat.

İkinci hal: Əgər rezident müəssisə qeyri-rezidentə onlayn qaydada xidmət göstərərsə, rezidentin bank hesabına qeyri-rezidentin ödədiyi məbləğ ƏDV-yə 0 faiz dərəcəsi ilə cəlb olunur.

Misal 2: “BB” MMC İtaliya şirkətinə onlayn qaydada internet üzərindən treninq xidmətləri göstərib. Bu zaman İtaliyadakı müəssisə Azərbaycandakı rezidentə 11.800 manat xidmət haqqı ödəyib. Belə olan halda, “BB” MMC həmin məbləği 0 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edəcək və ƏDV bəyannaməsinin Əlavə 4-də göstərəcək.
ƏDV 0% üzrə öhdəlik = 11.800 x 0% = 0 manat.

Üçüncü hal: Əgər Azərbaycan Respublikasının rezidenti qeyri-rezidentin öz ölkəsində qeyri-rezidentə xidmət göstərərsə, o zaman həmin xidmətə görə aldığı məbləği ƏDV-yə cəlb etməyəcək. Bu, ƏDV-yə cəlb olunmayan əməliyyat sayılır.

Misal 3: “AA” MMC İtaliyaya gedərək oradakı müəssisənin əməkdaşlarına treninqlər keçib. Bunun müqabilində şirkətin bank hesabına 11.800 manat vəsait daxil olub. Bu zaman həmin məbləği ƏDV bəyannaməsinin Əlavə 3 hissəsinin 2-ci bölməsində ƏDV-yə cəlb olunmayan vəsait kimi göstərərək bəyannaməni təqdim edəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech