logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Biznes kartlarının yanlış istifadəsi: harada daha effektivdir?

  • Bloq
  • 17-mar-2025, 09:57
  • 71
Biznes kartlarının yanlış istifadəsi: harada daha effektivdir?

Biznes kartlarının yanlış istifadəsi: harada daha effektivdir?


“Sahibkarların biznes kartlarından mütəmadi istifadəsinə ehtiyac qalmayıb. Hesab edirəm ki, bu gün sahibkarlar üçün yaradılan mühit bu kartlardan istifadəni azaldır”.

Bu fikri Mehdi Babayev səsləndirib. Onun sözlərinə görə, iş adamları rəhbəri olduqları müəssisənin, təsərrüfat subyektinin bank hesabına bağlı olan biznes kartlarından daha çox digər məqsədlər üçün, yəni biznesə aid olmayan istiqamətlər üzrə yararlanırlar. Bu da sonda mənfi nəticələrə gətirib çıxara bilir: “Demək olar ki, fərdi sahibkarların və ya müəssisə rəhbərlərinin əksəriyyəti biznesə məxsus korporativ kartlar əldə ediblər. Bu kartlardan da sahibkarlıq məqsədləri üçün istifadə etmək istəyirlər. Lakin reallıqda biz görürük ki, korporativ biznes kartlarından daha çox fərdi-şəxsi məqsədlər üçün istifadə olunur”.

M.Babayev təcrübədə biznes kartlarından daha çox rəsmiləşmədən yayınmaq üçün istifadə olunduğunu təəssüflə qeyd edib: “Məsələn, bəzi hallarda şəxsən özü, ailəsi və yaxınları üçün lazım olan məsrəflərin haqqının ödənilməsi, təsisçilərin fərdi xərclərinin və ya borclarının qarşılanması, bəzi hallarda qeyri-rəsmi alışların həyata keçirilməsi məqsədilə nağdlaşdırma və digər şəxslərə də kartdan karta köçürmə ilə qeyri-rəsmi əməliyyatların aparılması üçün istifadə edən sahibkarlar da var. Ümumiyyətlə, sahibkarlar biznesdə belə kartlardan adətən ödənişlərini asanlaşdırmaq üçün istifadə edirlər”.

Biznes kartlarının istifadə məqsədlərinin fərqli olduğunu vurğulayan M.Babayevin fikrincə, bəzi vacib məqamlarda onlara zərurət yaranır. Məsələn, ezamiyyətə gedən işçiyə ezamiyyə xərclərini yerində ödəmək, gömrük orqanlarında yerində gömrük haqlarını ödəmək, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alışların əvəzinin yerində ödənilməsi, korporativ bayram, şənlik tədbirlərinin haqqının ödənilməsi, işçilərə, yubilyarlara hədiyyələrin alınması və digər asan ödəniş məqsədləri ilə korporativ kartlardan istifadə edilir: “Əslində, kartın məqsədi anında ödənişə ehtiyac yaranan hallar üçün əlverişli ola bilər. Məsələn, sahibkarın biznes məqsədləri üçün lazım olan malın, işin və ya xidmətin dəyərini yerində ödəmək zərurəti yaranarsa, yəni o faydanı əldən buraxmamaq üçün anında ödəmək məqsədi daşıyırsa, bu zaman kartın əhəmiyyəti mütləqdir. Çünki yerində ödəniş edilməzsə, alış baş tutmaya bilər və fayda da əldən çıxar”.

M.Babayev hesab edir ki, bu gün sahibkarların biznes kartlarından istifadəsinə çox az hallarda zərurət yaranır, hətta əksər fəaliyyət sahələrində belə kartlardan istifadəyə ehtiyac qalmayıb. Əgər həqiqətən sahibkarın məqsədi düzgün sənədləşmə yolu ilə mal əldə etməkdirsə, təsərrüfat əməliyyatlarını doğru qaydada rəsmiləşdirmək istəyirsə, o, pulu nağdsız qaydada köçürmə yolu ilə internet bank xidməti vasitəsilə ödəyə bilər. Öz müştərisi ilə bunu çox rahat həll etmək imkanı yaranar. Bu halda, karta ehtiyac qalmır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    24-iyn-2026 | Bloq
  • Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    24-iyn-2026 | Bloq
  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech