logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Dövlət rüsumunun büdcəyə köçürülməsi və uçotu rəqəmsallaşdırılır

  • Bloq
  • 02-apr-2025, 09:51
  • 38
Dövlət rüsumunun büdcəyə köçürülməsi və uçotu rəqəmsallaşdırılır

Dövlət rüsumunun büdcəyə köçürülməsi və uçotu rəqəmsallaşdırılır


Nazirlər Kabineti “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Əsasnamə “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Sistem rəqəmsal və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə dövlət rüsumu tutan orqanların (qurumların) fəaliyyətini, eləcə də fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrin operativ, səmərəli və şəffaf olmasını təmin edir, habelə göstərilən xidmətlərin və saxlanılan məlumatların sistemli və əlçatan olmasına xidmət edir.

Sistemin tətbiqi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, aidiyyəti orqan (qurum) tərəfindən dövlət rüsumunun hesablanmış daxilolmaları ilə bağlı məlumatların real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və həmin müraciətlərə dair aidiyyəti üzrə baxılması prosedurunun səmərəliliyinin artırılmasını, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə nəzarətin və uçotun təşkil olunması proseslərinin rəqəmsallaşdırılmasını və optimallaşdırılmasını, dövlət rüsumu üzrə hesablanmış daxilolmalar barədə hesabatlılığı təmin edir. Sistemin sahibi və operatoru Maliyyə Nazirliyidir.

Sistemin idarə olunması, inkişafı və fəaliyyəti ilə bağlı xərclər dövlət büdcəsi, qanunla nəzərdə tutulan hallarda xidmət haqqı və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və tətbiq olunan güzəştlər
    Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və tətbiq olunan güzəştlər
    25-iyn-2026 | Bloq
  • Suvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
    Suvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
    25-iyn-2026 | Bloq
  • Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    24-iyn-2026 | Bloq
  • Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    24-iyn-2026 | Bloq
  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech