logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da ştat vahidi və vəzifə maaşı ilə əlaqədar tələblər

  • Bloq
  • 03-apr-2025, 09:49
  • 32
ƏMAS-da ştat vahidi və vəzifə maaşı ilə əlaqədar tələblər

ƏMAS-da ştat vahidi və vəzifə maaşı ilə əlaqədar tələblər


Əmək Məcəlləsində dəyişikliyə qədər bəzi həmkarlar hesab edirdilər ki, bu Məcəllədə ştat cədvəli anlayışı olmadığı üçün ştat vahidlərini əks etdirən cədvələ ehtiyac yoxdur. Artıq Əmək Məcəlləsinin 3-cü, "Bu Məcəllədə istifadə edilən əsas anlayışlar" maddəsinə ştat (ştat vahidi) anlayışı əlavə edilib. Məcəllənin 3-cü maddəsinə əlavə edilmiş 8-1-ci bəndə əsasən, ştat (ştat vahidi) - müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid hesab edilir. Mövzunu ekspert Anar Bayramov şərh edir

Maddədən göründüyü kimi, işəgötürənin ƏMAS altsistemində yaratdığı ştat cədvəli üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid ştat hesab edilir. Əlavə edilən maddədə diqqət yetiriləsi məqamlara aydınlıq gətirək.

Birinci məqam: İşəgötürənlər ƏMAS altsistemində ştat cədvəli yaratmalıdır. Bu zaman işəgötürənlər üçün işçi sayının önəmi yoxdur. İşəgötürən işçi sayı 1.000 nəfərdən çox olduğu və ya bir nəfər olduğu halda da ƏMAS altsistemində struktur bölmələrdə ştatlar müəyyən etməlidir.

İkinci məqam: ƏMAS altsistemində struktur yaradan işəgötürənlər onu kağız üzərində də qeyd etməlidir. İşəgötürənin icra orqanı (ümumi yığıncaq, idarə heyəti və s.) sturkturu təsdiq etdikdən sonra həmin məlumatlar əsasında ƏMAS altsistemində ştat cədvəli yaradılmalıdır.

Üçüncü məqam: ştat vahidinə olan minimal tələblərlə bağlıdır. Anlayışdan göründüyü kimi, ştat vahidində işçinin vəzifə (peşǝ) adı və vəzifə (tarif) maaşı əks olunmalıdır.

Misal: İşəgötürən mühəndis vəzifəsi üzrə ştat vahidi yaradırsa, onun vəzifə (tarif) maaşını da cədvəldə qeyd etməlidir. İşəgötürən 2.000 manat vəzifə (tarif) maaşı və aylıq 20 faiz mükafat və ya zərərli iş yerinə görə əməkhaqqına əlavə nəzərdə tutsa da, ştat cədvəlində yalnız vəzifə (tarif) maaşı olan 2.000 manatı qeyd edə bilər.

Dördüncü məqam: İşəgötürən ƏMAS altsisteminə ştat vahidləri haqqında məlumatları daxil etdikdən sonra həmin ştatlar üzrə vakant yerlər yarandıqda məşğulluq orqanlarına göndərişlərin təqdim olunmasını təmin etməlidir. Qeyd edək ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin "ə" bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququna aid edilib. Bu səbəbdən də işəgötürən hansısa ştat üzrə işçini uzun müddət ərzində qəbul etməyi planlaşdırmasa, o zaman ləğv etmək hüququna malikdir.

Dövlət məşğulluq orqanları tərəfindən vakant ştatlar üzrə namizədlərin göndərilməsi ƏMAS altsisteminin “Məşğulluq” alt bölməsinin "Göndərişlər” bölməsində öz əksini tapacaq. İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci və 540.3-cü maddələri üzrə cərimə praktikada tətbiq olunmasa da, gələcəkdə həmin cərimələrin işlək hala gətirilməsi gözlənilir. Bir məqamı xüsusi olaraq vurğulayaq ki, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsi üzrə cərimə inzibati xəta haqqında elektron protokol üzrə, yəni ƏMAS altsistemi məlumatlarından əldə edilməklə tətbiq olunacaq.

Beşinci məqam: yalnız kağız üzərində ştat cədvəlinin yaradılması ilə bağlı tələbdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nda qeyd edilənlərin ƏMAS altsisteminə daxil edilməsi ilə bağlı istisna olduğu üçün onlar yalnız kağız daşıyıcıda təsdiq edilən cədvəldə qeyd olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    19-avq-2025 | Bloq
  • Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    19-avq-2025 | Bloq
  • Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    18-avq-2025 | Bloq
  • Yükdaşıma fəaliyyəti üzrə fərdi sahibkarların sosial və tibbi sığorta haqlarının hesablanması
    Yükdaşıma fəaliyyəti üzrə fərdi sahibkarların sosial və tibbi sığorta haqlarının hesablanması
    18-avq-2025 | Bloq
  • ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ
    ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ
    15-avq-2025 | Bloq
  • İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR
    İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR
    15-avq-2025 | Bloq
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    Rəsmi məzənnələr - AÇIQLANDI
    14-avq-2025 | Bloq
  • Agent fiziki şəxslərin icarə gəliri üzrə vergi öhdəliyini icra edə bilərmi?
    Agent fiziki şəxslərin icarə gəliri üzrə vergi öhdəliyini icra edə bilərmi?
    14-avq-2025 | Bloq
  • Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası
    Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası
    13-avq-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]