logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da YENİ DƏYİŞİKLİK! İşçinin işə başlama tarixi ilə bağlı hansı bildiriş təqdim olunacaq?

  • Bloq
  • 04-apr-2025, 10:51
  • 103
ƏMAS-da YENİ DƏYİŞİKLİK! İşçinin işə başlama tarixi ilə bağlı hansı bildiriş təqdim olunacaq?

ƏMAS-da YENİ DƏYİŞİKLİK! İşçinin işə başlama tarixi ilə bağlı hansı bildiriş təqdim olunacaq?


Dövlət qurumu tərəfindən ƏMAS altsitemində yeniliklərin tətbiqi həyata keçirilməkdə davam edir. 3 aprel 2025-ci il tarixdə də ƏMAS altsistemində bir sıra yeniliklər tətbiq edilib. Öncədən bildirək ki, ƏMAS altsisteminə edilən son dəyişiklikləri işəgötürənin xeyrinə qiymətləndirmək lazımdır. Son dövrlər işəgötürən tərəfindən işçi ilə bağlanılan əmək müqaviləsində onun işə başlanma tarixi texniki səhv olaraq daha gec tarix üçün qeyd edilir. Misal üçün, işəgötürən işçinin əmək müqaviləsində işçinin işə başlanma tarixi 1 may 2025-cil tarixi əvəzinə texniki səhv olaraq 1 may 2026-ci il tarixi yəni bir il sonra qeyd edir. Tərəflər gücləndirilmiş elektron imza ilə imzaladıqdan sonra əmək müqaviləsi "qüvvəyə minəcək" statusunda olduğu üçün işəgötürənin həmin texniki səhvi 24 saat ərzində ləğv etmək hüququna malik olur. Həmin 24 saatlıq müddət bitdikdən sonra işəgötürən texniki səhvi aradan qaldırmaq istəsə ƏMAS altsistemi məhdudiyyət tətbiq edir. Həmçinin Dövlət Əmək Müfəttişliyi Xidməti ƏMAS altsistemi üzrə texniki səhvlərin aradan qaldırılması üçün onlara yox, məhkəməyə müraciət etməyi məsləhət görür. Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Beləliklə, işəgötürənin ƏMAS altsistemində etdiyi hər hansı texniki səhv (əmək müqaviləsinə yanlış xitam, əmək müqaviləsinə texniki səhv olaraq məlumatların daxil edilməsi və s.) tərəflərin (işəgötürən və texniki səhvə məruz qalan işçi) mediasiya prosesində iştirakını labüd edir. Mediasiya prosesinin nəticəsində ƏMAS altsistemində proses həll olunmazsa, tərəflər yaranmış texniki səhvin aradan qaldırılması üçün məhkəmədə görüşməli olacaqlar.

ƏMAS altsistemində edilən dəyişikliyə əsasən işəgötürən əmək müqaviləsinin başlanma tarixini öncəki tarixlərdə qeyd etmək istəyərsə, bu zaman ƏMAS altsistemi aşağıdakı formada bildiriş təqdim edəcək:



Qeyd edilən bildirişi işəgötürənin imzalacağı əmək müqaviləsi üzrə tarixinin texniki səhv olaraq öncəki dövrə qeyd olunub-olunmaması ilə bağlı xəbərdarlıq bildirişi kimi qiymətləndirmək olar.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?
    Vergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?
    02-fev-2026 | Bloq
  • Azərbaycanda vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək
    Azərbaycanda vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək
    02-fev-2026 | Bloq
  • Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?
    Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?
    30-yan-2026 | Bloq
  • Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib
    Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib
    30-yan-2026 | Bloq
  • Səhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur?
    Səhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur?
    29-yan-2026 | Bloq
  • Uşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu?
    Uşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu?
    29-yan-2026 | Bloq
  • Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    28-yan-2026 | Bloq
  • Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    28-yan-2026 | Bloq
  • Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    27-yan-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech