logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İpotekalı əmlaka vergi düşürmü?

  • Bloq
  • 10-apr-2025, 09:54
  • 41
İpotekalı əmlaka vergi düşürmü?

İpotekalı əmlaka vergi düşürmü?


Hər il olduğu kimi, bu il də mənzil bazarında müəyyən qədər bahalaşmalar müşahidə edilir. Ümumiyyətlə, bahalaşmalar xüsusilə sentyabr ayına, təhsil ilinin başladığı ərəfələrə təsadüf edir. Mənzil almaq istəyən vətəndaşlar isə nəğd ödəniş edə bilmədikləri üçün ipoteka ilə əmlak almağa ütünlük verirlər. İpoteka şərtləri ilə alınan mənzil və digər əmlakların qiyməti hissə-hissə banka və ya tikinti şirkətlərinə ödənilə bilir. Bəs belə olan halda ipotekada olan əmlaklara görə vergi ödənilməlidir, yoxsa yox ? Bu sahədə hansısa güzəştlər tətbiq edilirmi? Mövzu ilə bağlı suallarımızı ekspert Vüqar Bayramov cavablandırıb.

Əmlak ipotekada, bankın mülkiyyətindədirsə, həmin mənzildə yaşayan fiziki şəxs əmlak vergisi ödəmir:

“Vergi məcəlləsinə əsasən, fiziki şəxslər əmlak vergisini bələdiyyələrə, hüquqi şəxslər isə vergi departamentinə ödəməlidir. Lakin ipotekada olan əmlak bankın sərəncamındadırsa, həmin evdə qalan fiziki şəxs, bələdiyyəyə vergi ödəmir. Bu səbəbdən vətəndaş ipotekada olan mənzilində yaşamağa başladığına dair arayış almalıdır. Belə olan halda o, onun mülkiyyətində, sərəncamında heç bir əmlak olmadığı üçün əmlak vergisi ödəməkdən azad ola bilər”.

Ekpert onu da əlavə edib ki, başqa bir tərəfdən ortada əmlak var və vətəndaş bu əmlakdan istifadə edir:

“Əmlakın istifadəsinə görə isə bir sıra məqamlar var. Əgər əmlak bankın sərəncamındadırsa, hüquqi şəxs olaraq onlar özü əmlak vergisinin ödənilməsini həyata keçirirlər. Bildiyiniz kimi, fiziki şəxslər üçün yaşayış və qeyri-yaşayış sahələri üzrə əmlak vergisinin ödənilməsi ilə bağlı bir sıra əmsallar müəyyənləşdirilib.

Nazirlər Kabineti tərəfindən təsdiq olunan əmlak vergisinin ödəməsinə dair əmsallara görə, fiziki şəxs xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə görə Bakı üzrə 0,4 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3 manat, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2 manat, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1 manat əmlak vergisi ödəməlidir.

Praktik olaraq, əgər mülkiyyət fiziki şəxsdə yox, bankın sərəncamındadırsa, müqavilədə əmlak vergisinin ödənilməsi bankın ixtiyarındadırsa, həmin evdə yaşayan fiziki şəxs əmlak vergisi ödəməkdən azaddır”.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq
  • İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    19-mar-2026 | Bloq
  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq
  • Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    18-mar-2026 | Bloq
  • Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    16-mar-2026 | Bloq
  • 7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    16-mar-2026 | Bloq
  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech