logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

POS-terminalla ödənişlər həm bizneslər, həm də müştərilər üçün sərfəlidir

  • Bloq
  • 25-apr-2025, 09:16
  • 27
POS-terminalla ödənişlər həm bizneslər, həm də müştərilər üçün sərfəlidir

POS-terminalla ödənişlər həm bizneslər, həm də müştərilər üçün sərfəlidir


Müasir dövrdə nağdsız ödənişlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu da öz növbəsində nağdsız ödənişlərin daha rahat üsullarının meydana çıxmasına şərait yaradıb. İnnovasiyaların geniş tətbiqi sayəsində indi təmassız ödənişləri mobil telefon, ağıllı saatlar və müxtəlif elektron qurğular vasitəsilə icra etmək mümkündür. İstehlakçılar arasında isə nağdsız ödənişlərin kartdan karta köçürülməsi və POS-terminalla qəbul edilməsi üsulları daha geniş yayılıb. Hər iki üsul rahat görünsə də, aralarındakı fərqlər maliyyə şəffaflığı, vergi uçotu və hüquqi təminat baxımından ciddi nəticələr doğura bilər. POS-terminal vasitəsilə ödənişlər kartdan karta köçürmələrlə müqayisədə daha sərfəli, etibarlı və təhlükəsizdir.

POS-terminal vasitəsilə ödənişlər biznes subyektinə etimadı artırır

Düzgün uçot sisteminin formalaşması, şəffaflıq və hesabatlılığın təmin edilməsi biznes subyektlərinin fəaliyyəti üçün mühüm şərtlərdir. POS-terminal vasitəsilə ödənişlər ticarət zamanı bütün əməliyyatların qeydə alınmasına və mühasibat uçotunun düzgün aparılmasına imkan verir. Bu, biznes sahibini hüquqi müstəvidə risklərdən sığortalayır və cərimələrdən xilas edir.

POS-terminal vasitəsilə ödənişlər ticarət zamanı bütün əməliyyatların qeydə alınmasına və mühasibat uçotunun düzgün aparılmasına imkan verir

İş dünyasında imic hər bir biznes subyekti üçün mühüm şərtdir. Müsbət imic müştərilərin artmasına və biznesin böyüməsinə ciddi təsir edir. Biznes subyekti rəqabətdə üstünlük qazanmaq üçün ödənişdən tutmuş məhsul keyfiyyətinə qədər bütün fəaliyyət zəncirində müştəriyönümlülük prinsipini əsas götürməlidir. Kartdan karta ödənişin istehlakçı hüquqlarının birbaşa pozulması olduğunu nəzərə alaraq, müştərinin POS-terminal vasitəsilə ödəniş etməsi üçün müvafiq infrastruktur yaratmaq lazımdır. Yəni sahibkar öz maraqları üçün istehlakçının hüquqlarını pozmamalıdır. İlk baxışdan bu, maliyyə üstünlüyü və gəlirlərin sərəncamda qalması kimi görünsə də, əslində, biznesin gələcəyi üçün ciddi təhlükədir. Kartdan karta ödəniş edilməsini tələb etmək maliyyə sanksiyası, etimadın itirilməsi və biznesin bazar mövqeyinin sarsılması ilə nəticələnə bilər.

Bir çox müştərilər nağdsız ödənişləri POS-terminaldan istifadə etməklə yerinə yetirməyin üstünlüklərindən xəbərdardırlar və belə müştərilər POS-terminalla təmin edilmiş ticarət mərkəzlərinə daha çox üstünlük verirlər. Beləliklə, POS-terminaldan istifadə ticarət nöqtəsinə məmnuniyyəti artırmağa kömək edir. Bu isə iş adamları üçün gəlirlərin artımı deməkdir. POS-terminal istifadə etməklə ticarət müəssisəsi müştərilərinə peşəkar və etibarlı xidmət göstərir. Kartdan karta ödəniş tələb etmək isə biznes barədə qeyri-peşəkar imic yaradır. POS-terminal vasitəsilə əməliyyatları asanlıqla izləmək və idarə etmək mümkündür ki, bu da biznesin idarə edilməsini sadələşdirir. Ödənişlərin qanunun tələbləri əsasında qəbulu, şəffaflıq, istehlakçı hüquqlarının qorunması, işgüzar etibar, loyallığın təminatı, hesabatlılıq və biznesi səmərəli idarəetmə kimi amillər POS-terminaldan istifadənin daha sərfəli olduğunu aydın şəkildə göstərir. Bu səbəbdən həm sahibkarlar, həm də müştərilər üçün nağdsız ödənişlərin daha müasir və etibarlı üsulu olan POS-terminaldan istifadə tövsiyə olunur.

POS-terminal vasitəsilə əməliyyatları asanlıqla izləmək və idarə etmək mümkündür ki, bu da biznesin idarə edilməsini sadələşdirir

POS-terminal vasitəsilə ödənişlər istehlakçılara əlavə gəlirlər vəd edir

POS-terminal vasitəsilə ödənişlər istehlakçılar üçün bir sıra üstünlüklərlə səciyyələnir. İlk növbədə belə formada ödəniş etdikdə müştərilərin bank kartı məlumatlarının şifrələnməsi və güvənli sistemlər tərəfindən qorunması təmin edilir. Bu, alıcıların şəxsi məlumatlarının və maliyyə vəsaitlərinin təhlükəsizliyini təmin edir. POS-terminal ödənişləri sürətli və asan şəkildə həyata keçirilir. Təhlükəsizlik, sürət, rahatlıq vəd edən bu ödənişlər həm də maddi üstünlüklər qazandırır. Məsələn, ölkəmizdə tətbiq edilən “ƏDV geri al” layihəsi zamanı alış-veriş çeklərinin üzərində olan QR kod vasitəsilə istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilirlər. Bu, ödəniş POS-terminal vasitəsilə icra edilən hallarda mümkündür. Üstəlik, POS-terminalla ödəniş istehlakçılara keşbek kampaniyalarından aktiv yararlanmaq imkanı verir. Ödənişi POS-terminalla edən istehlakçılar əldə etdikləri məhsulu dəyişmək və ya geri qaytarmaq istədikləri zaman çek təqdim etməklə bunu rahat edə bilirlər. Beləliklə, müştərilər özləri də bu üstünlüklərdən faydalanmaq üçün POS-terminalla ödənişə çalışmalıdırlar.

Göründüyü kimi, müasir texnologiyalarla təchiz olunmuş POS-terminallardan istifadə həm müştərilərə daha yüksək xidmət keyfiyyəti təqdim etmək, həm də biznes sahibləri üçün əməliyyatların təhlükəsiz və şəffaf şəkildə aparılmasını təmin etmək üçün ən səmərəli ödəniş üsuludur.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    27-okt-2025 | Bloq
  • İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları
    İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları
    27-okt-2025 | Bloq
  • Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    24-okt-2025 | Bloq
  • Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    24-okt-2025 | Bloq
  • SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    23-okt-2025 | Bloq
  • Gələn il də minimum maaş 400 manat olacaq
    Gələn il də minimum maaş 400 manat olacaq
    23-okt-2025 | Bloq
  • Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    23-okt-2025 | Bloq
  • Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    23-okt-2025 | Bloq
  • Lisenziyalarla bağlı YENİ QƏRAR
    Lisenziyalarla bağlı YENİ QƏRAR
    23-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech