logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyiciləri üçün asanlaşdırmalar – onlayn hesabat və əlavələr

  • Bloq
  • 30-apr-2025, 09:34
  • 22
Vergi ödəyiciləri üçün asanlaşdırmalar – onlayn hesabat və əlavələr

Vergi ödəyiciləri üçün asanlaşdırmalar – onlayn hesabat və əlavələr


Bəyannamə və hesabat formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyəti, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılan müzakirələrin, habelə vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları, eləcə də tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq olunub. Mütəxəssislər bu yeniliyin vergi ödəyicilərinin işini yüngülləşdirdiyi qənaətindədirlər.

Rəhbər Radil Fətullayev açıqlamasında bildirib ki, iş adamlarının rahatlığını təmin etmək məqsədilə bir sıra hesabatlar onlayn rejimə keçirilib: “Dövlət Vergi Xidməti tərəfindən vergi bəyannamələrində vaxtaşırı olaraq vergi ödəyicilərindən gələn təkliflər və şikayətlər əsasında təkmilləşdirmə işləri aparılır, müxtəlif sadələşdirmələr həyata keçirilir. Biz bunun həmişə şahidi olmuşuq. Artıq bəyannamələrin xeyli hissəsi - sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və ƏDV bəyannaməsi onlayn formata salınıb, mənfəət vergisi bəyannaməsi ilə bağlı işlər də tamamlanıb. ƏDV bəyannaməsində yenilik isə ilkin olaraq regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilməyə başlanıb”.

Həmçinin, mövcud olan onlayn hesabat formalarının üzərində də təkmilləşdirmə işlərinin aparıldığını deyən R.Fətullayev bunlardan biri kimi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”ni göstərib: “Dövlət Sosial Müdafiə Fonduna göndərilən hesabat və vergi orqanına təqdim edilən muzdlu işlə əlaqədar vergi hesabatı birləşdirilərək vahid rüblük bəyannamə formasına salınıb və bir neçə il əvvəl tətbiq olunmağa başlanılıb. Vergi ödəyicilərinin işini kifayət qədər asanlaşdıran bu hesabat hər il təkmilləşdirilərək indiki halına gətirilib. Hazırda da təkmilləşdirmə işləri davam etdirilir. Yeni qaydalara əsasən, vahid rüblük bəyannamədə müəyyən sadələşdirmə aparılması nəzərdə tutulub. Digər hesabatlarda olduğu kimi, burada da hesabat forması əlavələr vasitəsilə tənzimlənəcək. Məsələn, əmlak vergisi bəyannaməsinə əvvəllər məlumatlar daxil edirdik, sonra əlavələrini doldururduq. Yeni sistemə əsasən, əlavə doldurulduqda avtomatik olaraq hesabatın özü hazırlanmış vəziyyətə gətirilir. Bu format vergi ödəyicilərinin işini xeyli asanlaşdırdığına görə, burada da həmin qayda tətbiq ediləcək”.

R.Fətullayevin sözlərinə görə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”yə 4 Əlavə artırılıb. Əlavə 1-də işçilər haqqında məlumat daxil edildikdə avtomatik olaraq hesabatın özü hazırlanacaq. Xarici əməkdaşlar barədə məlumatlar Əlavə 2-də olmalıdır. Əlavə 3-də isə həyatın yığım sığortası ilə bağlı olan məsələlər tənzimlənir. Bununla bağlı bəzən vergi ödəyiciləri sıxıntılar yaşayırdılar. Həyatın yığım sığortasına başlayan və vaxtından tez bitirən işçilərin hesabatlarında müəyyən problemlər olurdu. Artıq yeni Əlavə 3-ün bu formatda olması vergi ödəyicilərinin işini asanlaşdırıb. Onlar həyatın yığım sığortası ilə bağlı bütün məlumatları onlayn şəkildə göstərə biləcəklər. Əlavə 4-də isə məcburi dövlət sosial sığortasına cəlb edilməyən işçilər və gəlirlər barədə məlumat yer alacaq. Beləliklə, bu 4 əlavə hesabatın qısa vaxtda hazırlanmasına səbəb olacaq.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət Baş idarəsinin rəis müavini Namiq Dərgahov bir müddət öncə açıqlamasında “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin hazırlanmasına sərf olunan vaxtın və inzibati yükün azaldılması məqsədilə bu ilin II yarımilliyində optimallaşdırma və sadələşdirilmə sahəsində işlərin aparılacağını bildirib. Onun sözlərinə görə, Dövlət Vergi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərir. Dəyişikliklərdən sonra “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”yə sığortaedənin uçot nömrəsi (SUN) və sığortaolunanın sosial sığorta nömrəsi (SSN) daxil edilməyəcək, həmçinin gəlir vergisinə və sığorta haqlarına cəlb olunmayan gəlirlərin bəyannamədə FİN üzrə qeydedilmə tələbi aradan qaldırılacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech