logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kommunal xidmətlər üzrə ƏDV hesablamasında vaxtın düzgün müəyyənləşdirilməsi

  • Bloq
  • 15-may-2025, 09:49
  • 30
Kommunal xidmətlər üzrə ƏDV hesablamasında vaxtın düzgün müəyyənləşdirilməsi

Kommunal xidmətlər üzrə ƏDV hesablamasında vaxtın düzgün müəyyənləşdirilməsi


Mövzunu ekspert Azər Qənbərov şərh edir.

Məlum olduğu kimi, telekommunikasiya, internet, kommunal və digər analoji xidmətlər göstərən müəssisələr tərəfindən əhaliyə göstərilən xidmətlərin dəyəri əsasən ödəniş terminalları vasitəsilə “Yığım” şirkətləri üzərindən həyata keçirilir. Bu şirkətlərlə bağlanan müqavilələrə əsasən, ödənişlər konkret müəyyən edilmiş zaman aralığında xidməti göstərən müəssisənin hesabına ödənilir. Lakin bəzən ödənişlər gecikə bilir, bir hesabat ayından sonrakı hesabat ayına, hətta bir hesabat ilindən növbəti hesabat ilinə keçir.

Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən, ƏDV üçün hesabat dövrü təqvim ayı sayıldığından qeyd edilən hallar ƏDV-nin dövlət büdcəsinə vaxtında hesablanması zamanı vergi ödəyicisi üçün əlavə vergi risklərini yarada bilər. Bu səbəbdən, ƏDV-nin hesablanması zamanı vergi tutulan dövriyyənin vaxtının müəyyən edilməsində belə bir sual ortaya çıxır: pul vəsaitlərinin əhalidən "Yığım" şirkətlərinin hesabına ödənildiyi vaxt ƏDV-nin hesablanması vaxtı kimi müəyyən edilməlidir, yoxsa şirkətlərin hesabına daxil olan vəsaitin müəssisənin bank hesablarına köçürüldüyü vaxt ƏDV-nin hesablanması vaxtı kimi müəyyən edilməlidir?

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt hesab edilir.

Eyni zamanda, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 1.1.7-ci maddəsinə əsasən, ekvayrinq – vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmət hesab edilir. Qanunun 3.3-cü maddəsinə əsasən, ödəniş xidmətlərinin təchizatçılarına banklar, bank olmayam kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, elektron pul təşkilatları, həmçinin ödəniş təşkilatları aid edilir. Qanunun 3.1.6-cı maddəsində göstərilir ki, ödəniş xidmətlərinə, həmçinin, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti də aid edilir. Qeyd olunan Qanunun 1.1.35-1.1.38-ci və 1.1.43-cü bəndlərinə əsasən:

- ödəniş hesabı dedikdə – ödəniş əməliyyatlarının aparılması üçün bir və ya bir neçə ödəniş xidməti istifadəçisinə açılan hesab;

- ödəniş xidməti dedidkə – ödəniş xidməti təchizatçısı tərəfindən Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş (qeyd edilən hal üçün 3.1.6-cı bənd) xidmətlər;

- ödəniş xidməti istifadəçisi dedikdə – ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs;

- ödəniş xidməti təchizatçısı dedikdə – bu Qanuna uyğun olaraq, ödəniş xidməti istifadəçisinə ödəniş xidmətlərini göstərən və Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan şəxslər (ödəniş təşkilatları);

- ödəniş təşkilatı dedikdə – Qanuna uyğun olaraq, lisenziya əsasında elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası istisna olmaqla, digər ödəniş xidmətlərini məcmu halda və ya ayrı-ayrılıqda göstərən hüquqi şəxs başa düşülür.

Telekommunikasiya, internet və kommunal xidmətlər göstərən müəssisələr tərəfindən xüsusi proqram təminatı vasitəsilə "Yığım" şirkətlərinə əhalidən daxil olan pul vəsaitlərinə nəzarət olunur və əhalidə yaranmış debitor borc həmin vaxt silinərək azaldılır.

Beləliklə, yığılmış vəsaitin müəssisənin hesabına köçürülməsi bir hesabat ayından digər hesabat ayına, eləcə də bir hesabat ilindən digər hesabat ilinə keçə bilər. Lakin debitor borclar silindiyindən, həmçinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi tutulan əməliyyatın vaxtı vəsaitin digər ödəniş hesabına daxil olduğu vaxt kimi müəyyən edildiyindən, belə hallarda ƏDV-nin hesablanması vaxtı vəsaitlərin “Yığım” şirkətlərinin hesabına daxil olduğu vaxt kimi müəyyən edilir.

Misal: “AA” MMC internet xidmətlərinin göstərilməsi ilə məşğuldur və hesabat ayında əhaliyə ƏDV də daxil olmaqla 236.000 manatlıq xidmət təqdim edib. Əhali tərəfindən vəsaitlərin bir hissəsi - ƏDV daxil 212.400 manat ödəniş terminalları vasitəsilə ödənilməsinə baxmayaraq, “Yığım” şirkətləri tərəfindən MMC-nin bank hesabına 177.000 vəsait ödənilib. Belə olduğu təqdirdə, vergi ödəyicisi ƏDV bəyannaməsində “Təqdim edilmişdir” sütununda 236.000 : 1.18 = 200.000 manat, “daxil olmuşdur” sütununda isə 177.000 : 1.18 = 150.000 manat deyil, 212.400 : 1.18=180.000 manat qeyd edərək büdcəyə 32.400 manat ƏDV hesablamalıdır:

180.000 x 18% = 32.400 manat.

Yuxarıdakıları nəzərə alaraq, analoji fəaliyyətlə məşğul olan müəssisələrdə ƏDV-nin hesablanması zamanı vergi tutulan dövriyyənin vaxtının düzgün müəyyən edilməməsi müəssisə üçün əlavə maliyyə sanksiyalarının hesablanması riskini yaratdığından, qeyd olunan hallar üzrə vergi risklərinin əvvəlcədən aradan qaldırılması üçün vəsaitlərin “Yığım” şirkətlərinə daxil olduğu vaxt ƏDV tutulan dövriyyənin vaxtı müəyyən edilməli və həmin ayda ƏDV məbləği dövlət büdcəsinə hesablanmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təsərrüfat obyektlərinin uçotu və vergi azadolmaları qaydaları
    Təsərrüfat obyektlərinin uçotu və vergi azadolmaları qaydaları
    12-iyn-2025 | Bloq
  • Banklar offşor şirkətlərdən alınan mallara və xidmətlərə hansı hallarda vergi tutmur?
    Banklar offşor şirkətlərdən alınan mallara və xidmətlərə hansı hallarda vergi tutmur?
    12-iyn-2025 | Bloq
  • Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq - TARİX
    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq - TARİX
    11-iyn-2025 | Bloq
  • Cəmlənmiş iş vaxtının uçotu ilə bağlı inzibati məsuliyyət hansı hallarda tətbiq olunur?
    Cəmlənmiş iş vaxtının uçotu ilə bağlı inzibati məsuliyyət hansı hallarda tətbiq olunur?
    11-iyn-2025 | Bloq
  • Vergitutma obyekti necə müəyyən edilir?
    Vergitutma obyekti necə müəyyən edilir?
    11-iyn-2025 | Bloq
  • Hansı sənədləri təqdim etməyən işəgötürən 2500 manatadək cərimə olunacaq?
    Hansı sənədləri təqdim etməyən işəgötürən 2500 manatadək cərimə olunacaq?
    10-iyn-2025 | Bloq
  • İcarə götürülən obyekt üçün kod almaq mümkündürmü?
    İcarə götürülən obyekt üçün kod almaq mümkündürmü?
    10-iyn-2025 | Bloq
  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]