logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşəgötürən hamilə namizədə nə zaman imtina edə bilər?

  • Bloq
  • 16-may-2025, 09:50
  • 52
İşəgötürən hamilə namizədə nə zaman imtina edə bilər?

İşəgötürən hamilə namizədə nə zaman imtina edə bilər?


Son illər hamilə və azyaşlı uşaqları olan qadınların işə götürülməsində maneələr müşahidə edilir. Bəzi işəgötürənlər həmin qadınların faydalı iş əmsalının aşağı olacağını düşünərək onlarla müqavilə bağlamaqdan imtina edirlər. Bəs qanunvericiliyin tələbi nədir? İşəgötürənlər hansı hallarda bu addımı ata bilərlər?

Mövzu ilə bağlı sualları ekspert Nüsrət Xəlilov cavablandırır.

Əmək Məcəlləsinin 240-cı maddəsinin 1-ci bəndinə əsasən, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallara şamil edilmir.

İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Əmək Məcəlləsində müəyyən edilmiş iki halda işəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla əmək müqaviləsinin bağlanmasından imtina edə bilər:

- işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı halda;

- bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallar.

- Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerləri dedikdə, aşağıdakı işlər nəzərdə tutulur:

- Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan edilən əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlər;

- Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan edilən zərərli istehsalat amilləri.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 may tarixli 172 nömrəli Qərarı ilə “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan edilən əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın və “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan edilən zərərli istehsalat amillərinin siyahısı”nın tətbiqi qaydaları təsdiq edilib.

Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların müəyyən edilmiş istehsalatlarda, vəzifələrdə (peşələrdə), yeraltı işlərdə və istehsalat amilləri olan iş yerlərində çalışdığı müəyyən edildikdə, qadının hamiləliklə bağlı fizioloji vəziyyəti və uşağının bir yaşınadək olması ilə əlaqədar hallar aradan qalxdıqda işəgötürən tərəfindən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 243-cü maddəsinə uyğun olaraq əsas vəzifəsi (peşəsi) üzrə orta əməkhaqqı saxlanılmaqla yüngül işə keçirilməsi təmin edilməlidir. Bu halda hamilə və ya bir yaşına çatmamış uşağı olan qadın hamiləliyini təsdiq edən tibbi rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsini işəgötürənə təqdim edir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech