logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası

  • Bloq
  • 22-may-2025, 10:45
  • 41
Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası

Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası


Maliyyə Nazirliyinin 18.01.2012 tarixli Q-01 saylı qərarı ilə təsdiq olunmuş “İşçilərin ezamiyyə Qaydaları”na əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İşçilərin ezamiyyət müddəti təşkilatın rəhbəri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.

Bəs ezamiyyə zamanı işçinin əməkhaqqı məbləği necə hesablanır? suala Elvin Zaidov aydınlıq gətirir. İlkin olaraq gəlin Əmək Məcəlləsinin 179-cu maddəsinə nəzər salaq. Həmin maddənin "x" bəndinə əsasən, yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əməkhaqqı saxlanılır. Əmək Məcəlləsinin 177-ci maddəsində orta əməkhaqqının hesablanması qaydasına baxaq:

Məcəllənin 177-ci maddəsinin 2-ci bəndində göstərilib ki, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: Tutaq ki, "AA" MMC işçisini 2024-cu ilin dekabr ayında 5 günlük ezamiyyətə göndərib. İşçinin noyabr və oktyabr ayları üzrə əməkhaqqı 800 manat təşkil edib. Dekabr ayına düşən ezamiyyə günləri üçün işçinin əməkhaqqını hesablayaq.

Oktyabr ayı üzrə iş günlərin sayı və əməkhaqqı - 23 gün və 800 manat;

Noyabr ayı üzrə iş günlərinin sayı və əməkhaqqı -19 gün və 800 manat;

Dekabr ayı üzrə iş günlərinin sayı və əməkhaqqı - 20 gün və 800 manat;

Dekabr ayında işçinin ezamiyyətdə olduğu iş günlərinin sayı - 5 gün.

Ezamiyyə üzrə orta əməkhaqqının saxlanması şərti ilə əməkhaqqının hesablanması aşağıdakı kimi olacaq:

1 günlük orta əməkhaqqının hesablanması:

800 + 800 = 1600 manat;

23 + 19 = 42 gün;

1600 : 42 = 38,10 manat (1 günə düşən əməkhaqqı).

Ezamiyyədə olan günlər üzrə əməkhaqqı:

38,10 x 5 = 190,50 manat.

Dekabr ayı üzrə işçinin ezamiyyətdə olmadığı günlərə - 15 günə görə əməkhaqqı məbləği:

(800 : 20) x 15 = 600 manat.

Dekabr ayı üzrə cəmi əməkhaqqı:

190,50 + 600 = 790,50 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?
    Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?
    30-yan-2026 | Bloq
  • Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib
    Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib
    30-yan-2026 | Bloq
  • Səhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur?
    Səhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur?
    29-yan-2026 | Bloq
  • Uşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu?
    Uşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu?
    29-yan-2026 | Bloq
  • Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    28-yan-2026 | Bloq
  • Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    28-yan-2026 | Bloq
  • Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    27-yan-2026 | Bloq
  • “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    27-yan-2026 | Bloq
  • Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    26-yan-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech