logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Soyuq və isti hava şəraitində fasilə və işin dayandırılması – Qaydalar və Şərtlər

  • Bloq
  • 29-may-2025, 10:05
  • 33
Soyuq və isti hava şəraitində fasilə və işin dayandırılması – Qaydalar və Şərtlər

Soyuq və isti hava şəraitində fasilə və işin dayandırılması – Qaydalar və Şərtlər


Son günlər aramsız yağıntılar nəticəsində işə vaxtında yetişməklə bağlı müəyyən problemlərlə üzləşirik. Bəs hansı hallarda hava şəraiti ilə əlaqədar olaraq işçi işə gəlməyə bilər? Yaxud işəgötürən hansı hallarda hava şəraiti ilə əlaqədar işi dayandırmalı və ya fasilə verməlidir? suallara ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperatur müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən edilmiş qaydada fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək Məcəlləsinə 2-ci Əlavənin 1-ci bəndinə əsasən, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq təşkil etdikdə açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Əlavənin 2-ci bəndində göstərilib ki, küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:

- küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma işləri;

- 3 baldan artıq olduqda - qaldırıcıların quraşdırılması və sökülməsi işləri;

- 6 baldan artıq olduqda - taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;

- 3 baldan artıq olduqda - daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.

Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:

- küləyin gücü 4 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;

- 4 baldan artıq olduqda - daimi dəniz özülləri və estakadayanı meydançaların yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;

- 8 baldan artıq olduqda - qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;

- 6 baldan artıq olduqda - daimi dəniz özüllərində istismar edilən quyularda işlər;

- 6 baldan artıq olduqda - daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;

- 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;

- 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;

- 4 baldan artıq olduqda - qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

- 3 baldan artıq olduqda - qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;

- 3 baldan artıq olduqda - qaynaq tikişin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

- 5 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;

- 4 baldan artıq olduqda - estakada tikən kranla quraşdırma işləri;

- 5 baldan artıq olduqda - kopyor vasitəsilə dayaqlar vurulması işləri;

- 4 baldan artıq olduqda - dəniz neft-mədən qurğularının sökülməsi işləri;

- 5 baldan artıq olduqda - daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;

- 5 baldan artıq olduqda - traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;

- 5 baldan artıq olduqda - estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;

- 10 baldan artıq olduqda - quyunun yuyulması işlərindən başqa, buruqda bütün işlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    17-dek-2025 | Bloq
  • Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?
    Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?
    17-dek-2025 | Bloq
  • Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    16-dek-2025 | Bloq
  • Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?
    Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?
    16-dek-2025 | Bloq
  • Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    15-dek-2025 | Bloq
  • Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?
    Hansı hallarda ƏMAS-da tarif (vəzifə) maaşından aşağı məbləğ müəyyən edilə bilər?
    15-dek-2025 | Bloq
  • Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    12-dek-2025 | Bloq
  • Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    12-dek-2025 | Bloq
  • Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    11-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech