logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Gəlirdən çıxılan xərclərlə bağlı vergi tələbləri

  • Bloq
  • 30-may-2025, 11:19
  • 34
Gəlirdən çıxılan xərclərlə bağlı vergi tələbləri

Gəlirdən çıxılan xərclərlə bağlı vergi tələbləri


Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Vergi Məcəlləsinin 109.3-cu maddəsinə əsasən Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub.

Bildiririk ki, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (və ya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsi ilə bağlı xərclər qaydanın 4.3-cü bəndində qeyd olunub.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    Tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlara tətbiq olunan vergi azadolmaları
    19-avq-2025 | Bloq
  • Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?
    19-avq-2025 | Bloq
  • Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları
    18-avq-2025 | Bloq
  • Yükdaşıma fəaliyyəti üzrə fərdi sahibkarların sosial və tibbi sığorta haqlarının hesablanması
    Yükdaşıma fəaliyyəti üzrə fərdi sahibkarların sosial və tibbi sığorta haqlarının hesablanması
    18-avq-2025 | Bloq
  • ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ
    ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ
    15-avq-2025 | Bloq
  • İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR
    İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR
    15-avq-2025 | Bloq
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    Rəsmi məzənnələr - AÇIQLANDI
    14-avq-2025 | Bloq
  • Agent fiziki şəxslərin icarə gəliri üzrə vergi öhdəliyini icra edə bilərmi?
    Agent fiziki şəxslərin icarə gəliri üzrə vergi öhdəliyini icra edə bilərmi?
    14-avq-2025 | Bloq
  • Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası
    Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası
    13-avq-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]