logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?

  • Bloq
  • 04-iyn-2025, 09:57
  • 50
Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?

Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?


Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, dövlətin adından yaradılmış publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə 2024-cü ilin 1 yanvar tarixindən 5 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Mövzunu ekspert Mahmud Abasquliyev şərh edir.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə xeyriyyə fondlarının adları açıqlanıb:
Heydər Əliyev Fondu;
Qarabağ Dirçəliş Fondu;
Yaşat Fondu.

Bu maddə yalnız hüquqi şəxlər üçün keçərlidir. Fiziki şəxlərin nağdsız qaydada köçürdükləri ianəyə görə Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt nəzərdə tutulmayıb.

Hüquqi şəxslər elm, təhsil, səhiyyə, idman, mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, həmçinin siyahısı təstiqlənmiş fondlara cari il ərzində köçürmə etdikləri zaman mənfəətdən 15% azalma verilir. Bundan sonra köçürülən məbləğlə 15% hissə arasında ən kiçik olan məbləğ nəzərə alınmaqla yerdə qalan məbləği mənfəət vergisinə cəlb edilir.

Misal 1: "AA" şirkəti 2025-ci il ərzində Qarabağ Dirçəliş Fonduna 70.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 500.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 200.000 manat təşkil edib. Bu halda vergiyə cəlb olunan mənfəət 300.000 manat təşkil edəcək:

500.000 – 200.000 = 300.000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman məbləğ 45.000 manat olacaq:
300.000 x 15% = 45.000 manat.

Burada 15% hissə köçürülən məbləğdən kiçik olduğu üçün əsas götürüləcək. Beləliklə, mənfəət vergisinə cəlb edilən məbləğ 23.400 manat olacaq:

Vergiyə cəlb olunan mənfəət: 300.000 – 45.000 = 255.000 manat;

Mənfəət vergisi: 255.000 x 20% = 51.000 manat.

Misal 2: “BB" şirkəti 2025-cü il ərzində Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən idman sahəsində fəaliyyət göstərən idarənin bank hesabına nağdsız qaydada 70.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 1.700.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 800.000 manat olub. Bu halda vergiyə cəlb olunan mənfəət 900.000 manat təşkil edir:

1.700.000 – 800.000 = 900.000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman məbləğ 70.000 manat olacaq. Çünki Fonda ödənilən məbləğ 15%-lik həddən azdır.

900.000 x 15% = 135.000 manat.

Burada 15% hissə köçürülən məbləğdən böyük olduğu üçün faktiki köçürülən məbləğ nəzərə alınacaq.

Beləliklə, mənfəət vergisinə cəlb olunan rəqəm 166.000 manat təşkil edəcək:

Vergiyə cəlb olunan mənfəət: 900.000 – 70.000 = 830.000 manat;

Mənfəət vergisi = 830.000 x 20% = 166.000 manat.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq
  • Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    18-iyn-2026 | Bloq
  • Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    18-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech