logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicilərinin nəzərinə!

  • Bloq
  • 05-iyn-2025, 10:06
  • 18
Vergi ödəyicilərinin nəzərinə!

Vergi ödəyicilərinin nəzərinə!


Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihələrin icrasına cəlb olunan əsas podratçıların, subpodratçıların və mal, iş və ya xidmət təqdim edən digər şəxslərin qanunvericiliyin tələblərinə əməl etməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin XƏBƏRDARLIĞI!

Hörmətli vergi ödəyiciləri!

Bildiririk ki, vergi hüquqpozmalarının, xüsusilə də əmtəəsiz və riskli əməliyyatların preventiv olaraq qarşısının alınması və ya azaldılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin əməliyyatlarının təhlili və araşdırılması həyata keçirilir.

Aparılan təhlil və monitorinqlər zamanı dövlət vəsaiti hesabına maliyələşdirilən layihələrin icrasına cəlb edilmiş vergi ödəyicilərinin fəaliyyətlərində və aparılan əməliyyatlarında bir sıra risklər və aşağıda qeyd olunan qanun pozuntuları müşahidə olunmaqdadır:

• Vəsaitlərin icra edilən layihələrlə əlaqəli olmayan təyinatlar üzrə, habelə əmtəəsiz və riskli əməliyyatlar edən, faktiki olaraq 3-cü şəxslər üçün malların idxalını həyata keçirən şəxslərə köçürülərək nağdlaşdırılması;

• Layihələrin icrasına cəlb edilmiş podratçı təşkilatlar tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi;

• Əldə edilmiş malların qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməməsi, yaxud vaxtında rəsmiləşdirilməməsi və s.

Qeyd olunan hallar qanunvericiliyin tələblərinin pozulması halı kimi qiymətləndirilir və qanunla müəyyənləşdirilmiş məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı qüvvəyə minib. Həmin Qərara əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

- təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs;

- qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs;

- əmtəəsiz əməliyyatlar (vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar – Vergi Məcəlləsi, 13.2.81-ci maddə) aparan şəxs.

Vergi Məcəlləsinin 109.9 və 175.11-ci maddələrinin tələblərinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilən sənədlər əsasında xərclərin gəlirdən çıxılmasına, müvafiq ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir.

Əlavə olaraq bildiririk ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinə uyğun olaraq maliyyə sanksiyasının tətbiqi ilə nəticələnir, eyni zamanda Cinayət Məcəlləsinin 162-1 maddəsinin tələbinə əsasən cinayət məsuliyyəti yaradır.
Dövlət Vergi Xİdməti mümkün maliyyə itkilərinin qarşısını almaq məqsədilə həyata keçiriləcək əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq
  • İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    04-iyn-2025 | Bloq
  • Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    04-iyn-2025 | Bloq
  • Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    04-iyn-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    03-iyn-2025 | Bloq
  • Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    03-iyn-2025 | Bloq
  • Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    02-iyn-2025 | Bloq
  • İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    02-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]