logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?

  • Bloq
  • 05-iyn-2025, 10:32
  • 18
Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?

Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?


Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra əmək müqavilələrinin elektronlaşdırılması və bununla bağlı digər proseslərin həyata keçirilməsi zəruri oldu. Bəs bu zaman sənədlərin hüquqi qüvvəyə minməsi, işçilərin işə başlaması tarixləri necə tənzimlənir? suala iqtisadçı ekspert Anar Bayramov nümunələr əsasında aydınlıq gətirir.

Tutaq ki, işəgötürən elektron sənəd formasında bağlanan əmək müqaviləsini 26 avqust 2024-cü il tarixdə hazırlayıb, işçi isə onu 27 avqust 2024-cü il tarixdə imzalayıb. İşəgötürən işçi tərəfindən imzalanmış əmək müqaviləsini 28 avqust 2024-cü il tarixdə təsdiq edib. Bu zaman əmək müqaviləsi hansı tarixdən hüquqi qüvvəyə minir?

Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Maddədə "son imzalanma tarixindən" məhfumundan istifadə olunub. Bu səbəbdən də sonuncu tərəf olan işəgötürən əmək müqaviləsini 28 avqust 2024-cü il tarixdə imzalandığı üçün həmin tarixdən əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab olunacaq.

Qeyd edək ki, ƏMAS altsisteminə edilən dəyişikliklər nəticəsində proqram təminatı tərəfindən elektron sənəd formasında bağlanılan əmək müqaviləsinin eyni gündə imzalanması barədə bildiriş təqdim olunur. İşəgötürən və işçi arasında bağlanan elektron əmək müqaviləsində işçinin işə başlama tarixinin fərqli olması da mümkündür.

Misal 1: İşəgötürən 26 avqust 2024-cü il tarixdə hazırladığı elektron əmək müqaviləsində işçinin işə başlama tarixini elə həmin günə qeyd edib. Amma işə qəbul olunan şəxs müəyyən səbəblərdən (texniki, unutqanlıq və s.) elektron əmək müqaviləsini 27 avqust 2024-cü il tarixdə imzaladığı üçün işəgötürən də məcburən həmin tarixdə təsdiq edib. Bu zaman işçiyə 26 avqust 2024-cü il tarixdən əmək haqqı hesablanmalıdır?

Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün sənəd mütləq hər iki tərəfin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Bu səbəbdən, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi tarixi 27 avqust 2024-cü il hesab olunacaq. Əgər işçi 26 avqust 2024-cü il tarixdən işə başlayarsa, o zaman dövlət qurumu şəxsin elektron əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi tarixdən öncə işə cəlb edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati cərimə tətbiq edə bilər.

Əmək müqaviləsində işçinin işə başlama tarixi ilə bağlı yeni tələblər də müəyyənləşdirilib. Əmək müqaviləsinin müddəti ilə bağlı işçinin işə başlama tarixinǝ Əmək Məcəlləsinin 1 saylı Əlavəsi olan nümunəvi formada dəyişiklik edilib. Əmək müqaviləsinin 2.4-cü bəndində işçinin işə başlama tarixi ilǝ bağlı iki seçim verilir: müqavilədə qeyd edildiyi işə başlama tarixindən; işə başlama tarixinədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən.

Misal 2: İşəgötürən 2 sentyabr 2024-cü ildə ƏMAS-dakı elektron sənəd formasında əmək müqaviləsini təsdiq üçün qarşı tərəfə göndərir. Əmək müqaviləsində işçinin işə başlama tarixi 2 sentyabr 2024-cü il kimi qeyd edilib. İşəgötürən və işçi elektron sənəd formasında olan müqaviləni 3 sentyabr 2024-cü ildə imzalayıblar. Bu halda əmək müqaviləsinin imzalanma tarixi işçinin işə başlama tarixindən gecdir. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işçinin işə başlama tarixi 2 sentyabr 2024-cü il yox, müqavilənin imzalandığı tarix, yəni 3 sentyabr 2024-cü il hesab ediləcək.

Təcrübədə rast gəlinən bir hal da işəgötürən və işçi arasında bağlanan elektron əmək müqaviləsində işçinin işə başlama tarixinin öncəki tarixlərdə müəyyən edilməsidir.

Misal 3: İşəgötürən 26 avqust 2024-cü il tarixdə hazırladığı əmək müqaviləsində işçinin işə başlama tarixini 2 sentyabr 2024-cü ilə müəyyən edir. İşə qəbul olunacaq şəxs ona göndərilən elektron əmək müqaviləsini 27 avqustda imzalayır. İşəgötürən elektron əmək müqaviləsini 28 avqust 2024-cü il tarixdə imzalasa da işçinin 2 sentyabr 2024-cü il tarixdən işə başlaması səbəbindən elektron əmək müqaviləsinin müxtəlif vaxtlarda imzalanması hər hansı problem yaratmır.

İşəgötürən və namizəd arasında müqavilələrin imzalanmasında vaxt problemi ehtimalı varsa, işçinin işə başlama tarixinin öncəki tarixlərdə müəyyən edilməsi daha məqsədəuyğundur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq
  • İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    04-iyn-2025 | Bloq
  • Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    04-iyn-2025 | Bloq
  • Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    04-iyn-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    03-iyn-2025 | Bloq
  • Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    03-iyn-2025 | Bloq
  • Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    02-iyn-2025 | Bloq
  • İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    02-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]