logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Təsərrüfat obyektlərinin uçotu və vergi azadolmaları qaydaları

  • Bloq
  • 12-iyn-2025, 11:44
  • 37
Təsərrüfat obyektlərinin uçotu və vergi azadolmaları qaydaları

Təsərrüfat obyektlərinin uçotu və vergi azadolmaları qaydaları


Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) olduğu təqdirdə, həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Belə ki, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınması qanunvericiliyin tələbidir.

Vergi ödəyicisi tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasının vergi ödəyicisinin gəlir vergisindən azadolma hüququnu məhdudlaşdırması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bununla belə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq azadolmalardan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatından istehsal edildiyi halda bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti və digər zəruri sənədlər mövcud olmalıdır.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.



  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu vergi dərəcəsi 5%-ə endirilir
    Bu vergi dərəcəsi 5%-ə endirilir
    08-dek-2025 | Bloq
  • Hansı halda nəqliyyat vasitəsinə görə ƏDV hesablanmır?
    Hansı halda nəqliyyat vasitəsinə görə ƏDV hesablanmır?
    08-dek-2025 | Bloq
  • Hansı halda ƏDV məqsədləri üçün qeydiyyat vacib olacaq?
    Hansı halda ƏDV məqsədləri üçün qeydiyyat vacib olacaq?
    05-dek-2025 | Bloq
  • Vergi Məcəlləsində nələr dəyişəcək?
    Vergi Məcəlləsində nələr dəyişəcək?
    05-dek-2025 | Bloq
  • Sahibkarlar üçün nağdsız əməliyyatlar üzrə vergi güzəştləri genişləndirilir
    Sahibkarlar üçün nağdsız əməliyyatlar üzrə vergi güzəştləri genişləndirilir
    04-dek-2025 | Bloq
  • İcarə haqqından gəlir üzrə vergitutma qaydaları və tətbiq olunan cərimələr
    İcarə haqqından gəlir üzrə vergitutma qaydaları və tətbiq olunan cərimələr
    04-dek-2025 | Bloq
  • Maliyyə naziri: "Azərbaycan gəlir vergisinin dərəcəsini 50 % aşağı salır"
    Maliyyə naziri: "Azərbaycan gəlir vergisinin dərəcəsini 50 % aşağı salır"
    03-dek-2025 | Bloq
  • 2026-cı ilin Novruz, Ramazan və Qurban bayram günləri açıqlandı
    2026-cı ilin Novruz, Ramazan və Qurban bayram günləri açıqlandı
    03-dek-2025 | Bloq
  • Mikro sahibkarlıq subyektləri vergi güzəştindən yararlana bilərmi?
    Mikro sahibkarlıq subyektləri vergi güzəştindən yararlana bilərmi?
    02-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech