logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilər yoxlanılır?

  • Bloq
  • 24-iyn-2025, 11:27
  • 33
Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilər yoxlanılır?

Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilər yoxlanılır?


Təcrübədə vergi ödəyicisinin təqdim etdiyi 1 saylı Əlavə üzrə aşağıdakı göstəricilərin yoxlanılması həyata keçirilir:
- Əsas vəsaitlər. Amortizasiya və təmir xərcləri, əmlak vergisi üzrə, silgisi normadan çox olduqda gəlirlərdə amortizasiya olunan aktivlərin satışından əldə olunan gəlirlərin müqayisəsi aparılır və sair məsələlər yoxlanılır;
- Ehtiyatlar. Xərclərin toplam məbləğinə təsir edir, dövr ərzində mədaxil və məxaricin məbləğindən asılı olmayaraq alqoritm yalnız cari il dövrün əvvəlinə olan qalığı ilə (öncəki il bəyannamənin dövrün sonuna olan qalığını götürməklə) dövrün sonuna olan qalığı arasında müsbət və mənfi fərqi götürərək cari ildəki çəkilmiş bütün xərclərdən müvafiq olaraq çıxır ya toplayır;
- Debitor borclar. Debitor borclar üzrə dövr sonuna qalığı həmin ilin dekar ayı ƏDV bəyannaməsinin dövr sonuna olan debitor borc qalığı ilə yoxlanaraq dövriyyəyə müdaxilə olunur;
- Pul vəsaitləri. Daxilolma sətrini cari il mənfəət bəyannaməsinin gəlirləri və ƏDV bəyannamələrinin daxilolması ilə müqayisə edərək sorğular olunur;
- Kapitallaşma üçün aktivlər. Silgisini daim əsas vəsaitin mədaxili ilə müqayisə edib əmlak vergisindən çıxılır;
- Digər aktivlər. Açılışı və nədən ibarət olduğu haqqında izahat tələb edilə bilər;
- Xalis mənfəət. ÖMV-də dividend hesablanması məqsədilə müqayisə aparılır;
- Avanslar. ƏDV və mənfəət vergisi bəyannamələrinin dövriyyəsi müqayisə olunarkən istifadə edilir;
- Kreditorlar. Qeyd edilən bölmə üzrə silinmənin tərkibi istənilə bilər. Vergi ödəyicisi kreditor borclar üzrə silinməni tərkibini vermədikdə, “Bağışlanmış kreditor borc” adı altında təsnifləşdirilmə aparılaraq Mənfəət vergisi bəyannaməsində gəlirlər artırılır.
Təcrübədə rast gəlinən hallardan biri də odur ki, bəzi vergi ödəyicisi 1 saylı Əlavədə aktivlərin cəmi ilə kapital və öhdəliklərin cəmi arasında yaranan fərq məbləğini “Digər öhdəliklər” və ya “Digər aktivlər” bölməsinə qeyd edirlər. Həmin bölmələrə mənbəyi dəqiq bilinməyən məbləğin daxil edilməsi nəticəsində 1 saylı Əlavədə bərabərlik süni şəkildə təmin olunur. Təcrübədə “Digər öhdəliklər” barədə araşdırma hallarına təsadüf edilməsə də, “Digər aktivlər” bölməsindəki məbləğin təsnifləşdirməsi haqqında izahatların tələb olunmasına rast gəlinir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech