logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri

  • Bloq
  • 30-iyn-2025, 10:09
  • 17
Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri

Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri


Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri bu əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə həyata keçirirlər. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləridir. Bəs hansı fəaliyyət növlərində kassa aparatlarının tətbiqi zəruridir? suala mütəxəssis Fidan Bayramova aydınlıq gətirir.

Azərbaycan Respublikasında müəyyən fəaliyyət növləri üçün nəzarət-kassa aparatlarının istifadəsi zəruridir. Nəzarət-kassa aparatlarının istifadəsi, həm vergi orqanları, həm də biznes sahibləri üçün vacib bir alət rolunu oynayır. Nəzarət-kassa aparatları pul vəsaitlərinin düzgün şəkildə qeydə alınmasını və dövlətin vergi sisteminə daxil edilməsini təmin etmək üçün istifadə olunur. Nəzarət-kassa aparatından istifadə etməklə vergilər düzgün hesablanır, hər bir satışın qeydə alınması biznes üçün şəffaflıq yaradır və müştərilər üçün etibarlılığı artırır. Həmçinin, NKA-lar mühasibatlıq işini asanlaşdırır, gəlirlər barədə düzgün məlumat verir. Hər bir fəaliyyət növü üçün müvafiq tələblərə əməl edilməsi həm vergi ödəyicilərinin hüquqlarını qoruyur, həm də dövlətin maliyyə şəffaflığını təmin edir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, aşağıda qeyd olunan fəaliyyət sahələri ilə məşğul olan şəxslər pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər:

- pərakəndə ticarət;

- ictimai iaşə fəaliyyəti;

- yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər;

- tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;

- bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər.

Qeyd edək ki, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər siyahısı Nazirlər Kabinetinin 21.12.2017-ci il tarixli, 575 nömrəli Qərarı ilə təsdiq edilib. Həmin Qərara əsasən, yerləşmə vasitələrinin növləri aşağıdakılardır:

1. Mehmanxanalar və motellər;
2. Sanatoriyalar;
3. Pansionatlar;
4. Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri;
5. İstirahət evləri;
6. İstirahət bazaları;
7. İstirahət mərkəzləri;
8. Qonaq evləri;
9. Sağlamlıq düşərgələri;
10. İdman düşərgələri;
11. Ovçu (balıqçı) evləri;
12. Turist bazaları;
13. Turist evləri;
14. Kempinqlər;
15. Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.);
16. Çoxmənzilli binalarda mənzillər (otaqlar);
17. Hostellər;
18. Dağ sığınacaqları;
19. Uşaq sağlamlıq düşərgələri.

Vergi Məcəllləsinin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar göstərilməlidir:

- vergi ödəyicisinin adı;

- VÖEN;

- çekin vurulmasının tarixi və saatı;

- təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;

- cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi;

- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı;

- malın sürətli məlumat kodu;

- ödənilmiş məbləğ;

- avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;

- müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);

- nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

- ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);

- çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);

- nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

- geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);

- nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə; ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);

- yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.

Misal 1: Tutaq ki, mobil telefonların pərakəndə satışı ilə məşgul olan “XX” telefon mağazası hər gün onlarla müştəriyə xidmət edir. Müştərilər nağd pul, bank kartları və digər ödəniş üsulları ilə alış-veriş edirlər. Mağaza satış əməliyyatını nəzarət-kassa aparatları vasitəsilə qeyd edir. Hər dəfə bir müştəri telefon alır, kassir bu əməliyyatı NKA üzərindən təsdiq edir və müştəriyə çeki təqdim edir. Hər bir mal üzrə satışın ödənişi düzgün şəkildə qeydiyyata alınır və məlumat əməliyyatın baş verdiyi anda kassanın inteqrasiyası nəticəsində vergi orqanı sistemində qeydə alınır. NKA-nın tətbiq edilməsi nəticəsində həm də müştərilər üçün şəffaflıq təmin olunur və müştərinin hüquqları qorunur. Müştəri aldığı məhsulun qiymətinin və ödənişin düzgün olduğunu təsdiq edən qəbzi alır və gələcəkdə hər hansı bir narazılıq vəziyyətində kassa çekinə əsaslanaraq hüquqlarını müdafiə edə bilər.

Nəzarət -kassa aparatı quraşdırılması zəruri olmayan fəaliyyət sahələri isə aşağıdakılardır:

- qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

- səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

- qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı

- elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

- Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər.

Misal 2: Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkar kənd təsərrüfatı məhsulunun istehsalını və satışını həyata keçirir. Məsələn, bağçılıqla məşğul olan sahibkar bazarda təzə meyvə satır. Əgər fəaliyyət yalnız kənd təsərrüfatı məhsullarının satışı ilə bağlıdırsa o zaman nəzarət-kassa aparatının istifadəsi zəruri deyil. Tutaq ki, sahibkar 1 kiloqramı 4 manatdan 250 kq heyva satışını həyata keçirir. Satışın ümumi məbləği 1000 manatdır. Lakin bu fəaliyyətin NKA ilə satışının qeydə alınması tələb olunmur. Çünki kənd təsərrüfatı məhsulları birbaşa istehsalçılardan alıcıya satıldığı halda, vergi öhdəlikləri daha sadə şəkildə həyata keçirilir.

Qeyd edək ki,Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nəzarət-kassa aparatından istifadə etməmək, tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə edilməsinə görə:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    30-iyn-2025 | Bloq
  • Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri
    Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri
    30-iyn-2025 | Bloq
  • Kənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır?
    Kənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır?
    25-iyn-2025 | Bloq
  • Fərdi sahibkarın digər fəaliyyətlə məşğul olması güzəşt hüququna necə təsir edir?
    Fərdi sahibkarın digər fəaliyyətlə məşğul olması güzəşt hüququna necə təsir edir?
    25-iyn-2025 | Bloq
  • Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilər yoxlanılır?
    Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilər yoxlanılır?
    24-iyn-2025 | Bloq
  • Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı 40%-dən çox artıb
    Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı 40%-dən çox artıb
    24-iyn-2025 | Bloq
  • "Mənfəət vergisi" Bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi zamanı nələrə diqqət yetirilməlidir?
    "Mənfəət vergisi" Bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi zamanı nələrə diqqət yetirilməlidir?
    23-iyn-2025 | Bloq
  • İşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu?
    İşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu?
    23-iyn-2025 | Bloq
  • Əmlak vergisi: Qaydalar və sanksiyalar
    Əmlak vergisi: Qaydalar və sanksiyalar
    21-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]