logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

  • Bloq
  • 30-iyn-2025, 11:19
  • 37
ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?


İndi isə ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsinə aydınlıq gətirək. Vergi Məcəlləsinin “Vergi tutulan əməliyyatların aparıldığı vaxt” adlı 166-cı maddəsi ilə vergi tutulan əməliyyatın vaxtı müəyyən edilib. ƏDV ilə bağlı misallarımızda vergi tutulan əməliyyatın vaxtı ilə bağlı kifayət qədər məlumat verilsə də, bəzi məqamları həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik. Vergi tutulan əməliyyatlar zamanı əksər hallarda kassa metodu tətbiq edilir. Misal üçün, vergi ödəyicisi fevral ayında malı təqdim edib və elektron qaimə-fakturanı da həmin ayda göndərib. Amma qarşı tərəf ödənişi mart ayında həyata keçirib. Bu zaman vergi tutulan əməliyyatın vaxtı malların təqdim olunduğu dövr (fevral ayı) yox, ödənişin həyata keçirildiyi vaxt (mart ayı) sayılacaq.
Bir məsələni vurğulayaq ki, 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, ƏDV məbləğinin ödənilməsinin Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri üçün ödəmə kimi qəbul edilməsinə qərar verilib. Beləliklə, Vergi Məcəlləsinin 166.7-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Misal üçün, ƏDV ödəyicisi 2024-cü ilin yanvar ayında digər vergi ödəyicisinə 1 000 manat (ƏDV-siz) məbləğində mal təqdim edib. Qarşı tərəf yanvar ayında 180 manat ƏDV məbləğinin, fevral ayında isə malların 1 000 manatlıq əsas dəyərinin ödənişini həyata keçirib. Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, vergi tutulan əməliyyatın vaxtı kimi fevral ayı yox, ƏDV məbləğinin daxil olduğu dövr, yəni yanvar ayı olacaq. Yeni dəyişikliyin tam aydın olması üçün bir misala da baxaq.

Misal. ƏDV ödəyicisi 3 000 manat (ƏDV-siz) məbləğində xidməti 2024-cü ilin fevral ayında göstərib. Qarşı tərəf fevral ayında 2 000 manat məbləğində xidmətin dəyərini və 540 manat məbləğində ƏDV məbləğini ödəyib. Bu zaman ən yüksək olan ƏDV məbləği üzrə dövriyyə əsas götürüldüyü üçün ƏDV bəyannaməsində 3 000 manat qeyd ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq
  • Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    18-iyn-2026 | Bloq
  • Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    18-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech