logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar

  • Bloq
  • 14-iyl-2025, 09:57
  • 10
Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar

Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar


Mövzun ekspert Anar Bayramov şərh edir. Vergi Mәcәllәsinin 130.6-cı maddәsinә aşağıdakı mәzmunda ikinci hissә әlavә edilib:

Uzunmüddәtli müqavilәlәr üzrә gәlirlәrin vә gәlirdәn çıxılan xәrclәrin hәr hesabat ilinә düşәn hissәsinin müәyyәn edilmәsi aşağıdakı qaydada aparılır:

- tikintisi hәyata keçirilәn hәr bir bina üzrә çәkilәn xәrclәr bina üzrә ümumi qiymәtlәndirilәn xәrclәrlә müqayisә edilir vә faktiki çәkilәn xәrcin ümumi xәrclәrdә xüsusi çәkisi müәyyәnlәşdirilir (maddә 130.6.1.);

- hәmin binadan tәqdim edilmiş yaşayış vә qeyri-yaşayış sahәlәrinin satış dәyәri bu Mәcәllәnin 130.6.1-ci maddәsinә әsasәn müәyyәn edilmiş hәcm nisbәtindә vergi tutulan gәlirlәrә aid edilir (maddә 130.6.2.);

- faktiki çәkilәn xәrclәr gәlirdәn çıxılan xәrclәrә aid edilir (maddә 130.6.3.).

Misal: Bina tikintisi ilə məşğul olan vergi ödəyicisinin bina üzrə ümumi qiymətləndirilən xərci, yəni smetasi 6 milyon manatdır. Vergi ödəyicisi 2025-ci ildə 1.800.000 manatlıq xərc çəkdiyi üçün smetanın 30 faizi (1.800.000 (il üzrə xərc) : 6.000.000 (ümumi smeta)) üzrə işi icra edib. 2025-ci ildə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri 2.000.000 manat olub. Bu zaman vergi ödəyicisinin gəliri 2 milyon manat yox, 600.000 manat olacaq:

2.000.000 x 30% = 600.000 manat.

Deməli, 1 milyon 400 min manatlıq gəlir gələcək dövrün gəliri kimi uçota alınacaq:

2.000.000 – 600.000 = 1.400.000 manat.

Vergi ödəyicisinin 2025-ci il ərzində gəliri xüsusi çəki ilə müəyyən edilsə də, xərci faktiki xərclər üzrə, yəni 1.800.000 manat olaraq tanınacaq. O səbəbdən, vergi ödəyicisinin 2025-ci il üzrə gəliri yox, 1.200.000 manat (1.800.000 manat (2025-ci il faktiki xərc) – 600.000 manat (2025-ci il üzrə xüsusi çəki müəyyən etməklə gəlir)) məbləğində zərəri olacaq.

Vergi ödәyicisinin 2026-cı ildә xәrci 1.200.000 manat olub. Demәli, iki il әrzindә xәrclәrin smetada xüsusi çәkisi 50 faiz təşkil edəcək:

(1.800.000 + 1.200.000) : 6.000.000 = 50%

Bina tikintisi ilә mәşğul olan vergi ödәyicisinin 2026-cı il üzrә gәliri 3.000.000 manat olub. Bu zaman 2026-cı il üzrә gәlir 4.400.000 manat təşkil edib.

3.000.000 + 1.400.000 = 4.400.000 manat.

Hәr iki il üzrә xәrclәrin cәmi mәblәğinin ümumi smetada xüsusi çәkisi 50 faiz olduğu üçün 2026-cı ilin mәnfәәt vergisi bәyannamәsindә gәliri 2.200.000 manat qeyd edilәcәk:

4.400.000 x 50% = 2.200.000 manat.

Vergi ödәyicisinin gәlirinin 2.200.000 manatı gәlәcәk dövrün gәlirlәrindә nәzәrә alınacaq. Vergi Mәcәllәsinin 130.6.3-cü maddәsinә әsasәn, faktiki çәkilәn xәrclәr gәlirdәn çıxılan xәrclәrә aid edildiyi üçün vergi ödәyicisinin 2026-cı ildә 1.200.000 manat xәrci tam olaraq xәrclәrә aid edilәcәk. Belәliklә, vergi ödәyicisinin 2025-ci vә 2026-cı il göstәricilәrinә әsasәn, 200.000 manat zәrәri olacaq:

2.200.000 – 1.200.000 – 1.200.000 = -200.000 manat.

Vergi ödәyicisinin bina tikintisi üzrә sonuncu il olan 2027-ci ildә satışı 5 milyon manat, xәrclәri isә 3 milyon manat olub. Smeta üzrә xәrclәr 100 faiz olduğu üçün vergi ödәyicisinin 2027-ci il üzrә mәnfәәt vergisi bәyannamәsindә 5 milyon manat tam olaraq gәlir kimi tanınacaq.

Hәmçinin, 2026-cı ildә gәlәcәk dövrün gәliri olan 2.200.000 manatı nәzәrә alınarsa, 2027-ci il üzrә mәnfәәt vergisi bәyannamәsindә gәlir 7.200.000 manat qeyd edilәcәk. 2027-ci il üzrә faktiki xәrc olan 3 milyon manatı vә ötәn ildәn qalan 200.000 manat zәrәri dә nәzәrә alsaq, vergi ödәyicisinin hәmin il üzrә mәnfәәti 4 milyon manat tәşkil edәcәk:

5.000.000 + 2.200.000 – 3.000.000 – 200.000 = 4.000.000 manat.

Son dәyişikliyi misalla geniş izah etmәkdә mәqsәdimiz odur ki, bina tikintisi ilә mәşğul olan vergi ödәyicisi Vergi Mәcәllәsinә yeni daxil edilәn uzunmüddәtli gәlirlәr haqqında daha aydın fikrә malik olsun.

Әvvәlcә maddә ilә bağlı vacib mәqamları qeyd edәk.

Birinci mәqam. Hәr il üzrә faktiki xәrc tam olaraq gәlirdәn çıxılır.

İkinci mәqam. Vergi ödәyicisi hәr il üzrә gәliri müәyyәn edәrkәn faktiki çәkilәn xәrcin ümumi xәrclәrdә xüsusi çәkisini nәzәrә almalıdır.

Vergi Mәcәllәsindә edilmiş son dәyişiklikdә hәr iki mәqam bina tikintisi ilә mәşğul olan vergi ödәyicilәrinin faydasına olan dәyişiklik kimi qiymәtlәndirilmәlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    14-iyl-2025 | Bloq
  • Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    14-iyl-2025 | Bloq
  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq
  • Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    11-iyl-2025 | Bloq
  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]