logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Xarici yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib

  • Bloq
  • 21-iyl-2025, 12:26
  • 51
Xarici yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib

Xarici yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib


Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır:

- dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikasının ərazisindəki bu Qaydada göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
- xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikasının ərazisindəki bu Qaydada göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri bu Qaydada göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur. Bu Qaydada göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüksüz keçərkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.

Bu Qaydada göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüklə keçərkən, Gömrük Məcəlləsinə uyğun olaraq, daşıdığı yüklə eyni vaxtda bəyan edilir.

Bu Qayda aşağıdakı hallarda tətbiq edilir:

- Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətə daşındıqda;
- Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətə daşındıqda;
- ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;
- ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;
- avtonəqliyyat vasitəsi ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra həmin dəmir yolu stansiyasından digər yükü ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən geri daşıdıqda.

Yük sahibi və ya müvafiq səlahiyyət əsasında yük sahibi adından çıxış edən digər hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən, avtonəqliyyat vasitələrinin yüklə və ya yüksüz yola düşməsindən asılı olaraq, Azərbaycan Respublikasının Gömrük

Məcəlləsinə uyğun olaraq avtonəqliyyat vasitələrini və yükü bəyan edir və onlar barədə digər vəzifələri yerinə yetirir.

Ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə, bəyannaməçi bu Qaydanın tələbləri nəzərə alınmaqla bildirişi və daşıyıcı ilə bağlanılmış müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

Avtonəqliyyat vasitəsi ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən geri daşıdıqda, bəyannaməçi bu Qaydanın tələbləri nəzərə alınmaqla bildirişləri və müvafiq daşıma müqaviləsini gömrük orqanlarına təqdim etməlidir
Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, bəyannaməçi müvafiq gömrük orqanına bu Qayda ilə müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını təqdim etməlidir.

Son dəmir yolu stansiyasından yola düşən avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətlərə daşındıqda, bəyannaməçi bu Qaydanın tələbləri nəzərə alınmaqla, bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada bildirişi, 3 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını və daşıyıcı ilə bağlanılmış müqaviləni yük gömrük ərazisindən çıxarılarkən gömrük orqanlarına təqdim etməlidir.

Daşıyıcının tələbi ilə Astara və ya Şərur dəmir yolu stansiyasına yükü gətirən bəyannaməçi tərəfindən yük barədə aşağıdakı zəruri əməliyyatlar yerinə yetirilir:

- dəmir yolu ilə nəql edilən və ya avtonəqliyyat vasitəsilə gətirilmiş yük çəkilir və ya onun kəmiyyət ölçüsü başqa qaydada müəyyən edilir;
- dəmir yolu ilə nəql edilən yük avtonəqliyyat vasitəsinə aşırılır və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl vaqonlardan boşaldılır;
- avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və ya vaqonlara aşırılmamışdan əvvəl avtonəqliyyat vasitəsindən boşaldılır;
- avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və eyni zamanda dəmir yolu ilə nəql edilən digər yük geri ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən daşınmaq üçün həmin avtonəqliyyat vasitəsinə aşırılır, habelə vaqonlara və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl boşaldılır;
- avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün qablaşdırılır və ya yenidən qablaşdırılır.
Avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən, müvafiq gömrük orqanı bəyannaməçinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatları, eləcə də kağız bildirişi və bildirişdə göstərilən məlumatları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə daxil edir.

Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, müvafiq gömrük orqanı təhvil-təslim aktında qeyd edilən məlumatların gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində öz əksini tapan məlumatlara, habelə bildirişə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıq və ya ziddiyyət aşkar edilmədikdə avtonəqliyyat vasitəsinin gömrük ərazisini tərk etməsinə icazə verilir.

Bəyannaməçi avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən müvafiq gömrük orqanına təqdim edilən bildirişdə üzərinə götürdüyü öhdəliyə uyğun hərəkət etməlidir və bildirişdə qeyd edilən öhdəlikdən kənar və ya həmin öhdəliklə ziddiyyət təşkil edən hərəkətlərə yol verməməlidir. Bəyannaməçi bildirişdə qeyd edilən öhdəliyin pozulmasına görə qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech