logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nağdsız ödənişlərdə növbəti mərhələ: "Az-QR" kimə nə verəcək?

  • Bloq
  • 30-iyl-2025, 11:38
  • 39
Nağdsız ödənişlərdə növbəti mərhələ: "Az-QR" kimə nə verəcək?

Nağdsız ödənişlərdə növbəti mərhələ: "Az-QR" kimə nə verəcək?


“Ticarət və xidmət sektorunda QR kodla ödənişlərin təklif edilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Bunu nağdsız ödənişlərin həcminin artırılması istiqamətində növbəti mərhələ də adlandırmaq mümkündür”.

Azərbaycan bankları ödənişlərdə "Az-QR" standartına keçəcək. Ekspert Elşad Məmmədovun fikrincə, bu yenilik biznesin işinin sürətlənməsinə, çeviklik və operativliyə xidmət edəcək. Digər tərəfdən, bu, sahibkarların xərclərinin azaldılması və optimallaşmasında müsbət rol oynayacaq.
“Bununla yanaşı, ödənişlərin QR kodlarla qəbul edilməsi bankların da xərclərini azaldacaq. Artıq bank sektoru mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək məqsədilə fundamental məsələlərin həllinə nail olmalıdır. Bu isə kreditlərin ucuzlaşması, faiz dərəcələrinin aşağı salınması, məqsədli kredit xətlərinin açılması, çoxşaxəli pul-kredit siyasətinin reallaşmasına əsaslanmalıdır. Düşünürəm ki, çoxşaxəli pul-kredit siyasəti hər bir sahədə mövcud olan rentabellik göstəricilərinə uyğun faiz dəhlizlərinin reallaşdırılmasına şərait yaratmalıdır. Bununla da kiçik və orta sahibkarlıq üzrə investisiyaların kəskin şəkildə artırılmasına, bu seqment tərəfindən bank sektorundan dayanıqlı, davamlı müsbət impulsların alınmasına nail olmaq mümkündür” – deyə E.Məmmədov əlavə edib.

Xatırladaq ki, ölkəmizdə "Az-QR" standartına keçidlə bağlı işlərə start verilib. Bu barədə məlumat verən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bəyan edib ki, bu ilin oktyabr ayının sonuna kimi bütün bankların bu standarta keçəcəyi gözlənilir. Onun sözlərinə görə, bundan sonra bütün ödəniş nöqtələrində istehlakçılara QR kodla ödənişlər təklif ediləcək. Mikro və kiçik sahibkarlar üçün bu, böyük bir üstünlükdür. Artıq onlar hansısa bank hesabına bağlı olan POS-terminalla deyil, QR kod vasitəsilə ödənişlərini qəbul edəcəklər. Bununla həm sahibkarların, həm də onlara xidmət edən bankların investisiya xərcləri azalacaq.

Qeyd edək ki, "Az-QR" standartının tətbiqi nağdsız ödənişlərin maya dəyərinin azaldılmasına imkan verəcək ki, bu da onun həcminin artmasına müsbət təsir göstərəcək.

Yeri gəlmişkən, bu ilin ilk 6 ayının nəticələrinə görə, ölkədə nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz artıb. Təkcə 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 milyon manat təşkil edib.

Nağdsız ödənişləri stimullaşdıracaq daha bir layihə isə ictimai nəqliyyatda ödənişlərin bütün növ bank kartları və QR kod vasitəsilə ödənilməsidir. Taleh Kazımov bu istqamətdə də aktiv iş aparıldığını vurğulayıb. Eyni zamanda Azərbaycanda POS-terminal vasitəsilə nağdlaşdırmanın mümkün olacağını bildirib. Artıq bir bank POS-terminal vasitəsilə nağdlaşdırmaya keçib. Bu da nağd əməliyyatların həcminin azalmasına dəstək olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq
  • İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    19-mar-2026 | Bloq
  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq
  • Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    18-mar-2026 | Bloq
  • Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    16-mar-2026 | Bloq
  • 7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    16-mar-2026 | Bloq
  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech