logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nağd əməliyyat üzrə aylıq limitlər necə müəyyən olunur?

  • Bloq
  • 31-iyl-2025, 11:13
  • 103
Nağd əməliyyat üzrə aylıq limitlər necə müəyyən olunur?

Nağd əməliyyat üzrə aylıq limitlər necə müəyyən olunur?


Mövzunu ekspert Anar Bayramov şərh edir. Son dəyişikliyədək "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli idi.

Maddənin tələblərindən göründüyü kimi, ƏDV ödəyicisi olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə nağd ödənişlə bağlı tələb ayda 30.000 manat idi. ƏDV ödəyicisi olmayan və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan az olan vergi ödəyiciləri üçün isə bu hədd ayda 15.000 manat müəyyən edilmişdi.

2025-ci il yanvarın 1-i tarixindən "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.3-cü maddəsində edilmiş dəyişiklikdən sonra isə dövriyyədən asılı olaraq, diferensial yanaşma tətbiq olunur. Qeyd olunan həmin maddəyə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri içün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim olunan mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada hayata keçirilməlidir.

Qanunda edilmiş son dəyişikliklərdən sonra aşağıdakı iki yenilik tətbiq olunur:

- vergi ödəyicisinin əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyəsi əsas götürələcək;

- həmin dövriyyə zamanı məbləğlər ƏDV daxil olmaqla nəzərə alınacaq.

Vergi ödəyicisinin dövriyyəsi üzrə aylıq nağd ödənişlərlə bağlı üç cür hesablama aparılacaq.

Misal 1: ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsi (ƏDV daxil olmaqla) 1.000.000 manat olub. Həmin dövriyyənin 2 faizi, yəni 20.000 manat 30.000 manatdan az olduğu üçün təqvim ayı üzrə nağd ödənişlərin maksimum limiti 30.000 manat olaraq saxlanılacaq.

Misal 2: Vergi ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 2.000.000 manat (ƏDV daxil) olub. Bu halda növbəti ayda (martda) nağd ödənişlər üzrə limit 30.000 manat yox, 40.000 manat (2.000.000 manat x 2 faiz) müəyyən ediləcək. Çünki əvvəlki təqvim ayında vergi ödəyicisinin dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30.000 manatdan artıq, 50 min manatdan az olduqda satış dövriyyəsinin 2 faizindən artıq olan hesablaşma üzrə minimum ödəniş məbləği cari ay üzrə limit kimi qəbul edilir.

Misal 3: ƏDV ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 4.000.000 manat (ƏDV daxil) olarsa, o halda mart ayında nağd ödənişlər üzrə maksimum limit 80.000 manat (4.000.000 manat x 2 faiz) yox, 50.000 manat (ay üzrə maksimum limit) tətbiq ediləcək. Çünki "Nağdsız hesabaşmalar haqqında" Qanunun tələblərinə əsasən, ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 50.000 manatdan artıq olarsa, cari ayda nağd ödənişlər üzrə 50.000 manatlıq limit tətbiq ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech