logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bələdiyyə orqanında çalışan işçinin əməkhaqqından vergi tutulmaları necə hesablanır?

  • Bloq
  • 12-avq-2025, 10:29
  • 19
Bələdiyyə orqanında çalışan işçinin əməkhaqqından vergi tutulmaları necə hesablanır?

Bələdiyyə orqanında çalışan işçinin əməkhaqqından vergi tutulmaları necə hesablanır?


Qanunvericiliyə əsasən, bələdiyyə orqanları mülki-hüquq münasibətlərində digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bəs bələdiyyə orqanlarının işçiləri ilə əmək münasibətlərində, eləcə də gündəlik təsərrüfat əməliyyatlarında vergilərlə bağlı hansı məqamlar var? Bələdiyyələr bank hesablarından pul vəsaitlərini nağdlaşdırdıqları zaman onlardan 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmalıdırmı? Bələdiyyə orqanında çalışan işçilərin əməkhaqlarından vergi tutulmaları hansı dərəcə ilə həyata keçirilməlidir? Mövzu ilə bağlı suallara mütəxəssis İlqar Əsədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 220.12-ci maddəsində göstərilib ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank və digər ödəniş hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması ilə bağlı olan həmin müddəa hüquqi şəxslər və fərdi sahibkarlara aid olsa da bələdiyyələrə şamil edilmir. Doğrudur, maddənin özündə birbaşa belə bir istisna yoxdur, bununla belə, istisna qanunçuluğun özündə gizlənir. Belə ki, qanunla gəlirləri vergidən azad olunan və özü vergiyığma orqanı sayılan qurumdan, yəni bələdiyyələrdən ödəmə mənbəyində vergi tutulması halı istisna edilib.

İkinci məqama gəlincə, bələdiyyə işçilərinin əməkhaqlarından vergi tutulmaları Vergi Məcəlləsinin 101-ci və həmin maddənin tətbiqi məqsədləri üçün qəbul edilmiş Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 saylı Qərarı ilə tənzimlənir. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Qərarda qeyd olunub ki, dövlətdən maliyyəşən qurumlar qeyri-dövlət sektoru sayılmır və deməli, güzəştli dərəcələr onlara tətbiq edilmir.

Bələdiyyələrlə bağlı normativ hüquqi aktlara və real vəziyyətə baxdıqda açıq şəkildə görürük ki, bələdiyyə orqanlarına da vaxtaşırı dövlət büdcəsindən vəsaitlər ayrılır. Bununla belə, bələdiyyə orqanı payları hər hansı dərəcədə dövlətə məxsus olan dövlət orqanı olmayıb Azərbaycan Respublikasının Konstitusiyası ilə yerli özünüidarəetmənin təşkili formasıdır. Bələdiyyəyə maliyyə vəsaitinin ayrılması, sadəcə, dövlət dəstəyi xarakteri daşıyır.

Qeyd edilən səbəblərlə əlaqədar bələdiyyə dövlət sektoru hesab edilmir və güzəştli dərəcələr onlara da aid edilir. Deməli, bələdiyyə qulluqçusunun əməkhaqqından vergi tutulmaları Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi ilə hesablanmalıdır.

Misal: Bakı şəhəri, Nizami Rayon Bələdiyyəsinin bələdiyyə qulluqçusu Qurban Əliyev (ad şərtidir) 750 manat əməkhaqqı alır. Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, aylıq gəliri 8.000 manatı aşmadığı üçün ondan 0 dərəcə ilə vergi tutulacaq. Bu o deməkdir ki, həmin gəlirlərdən vergi tutulmayacaq. Lakin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri tutulacaq:
Əmək haqqı : 750 manat;

Vergi tutulması : 0 manat;

MDSS : 6 + (750 - 200) x 10%) = 61 manat;

İşsizlikdən sığorta haqqı : 750 x 0.5% = 3.75 manat;

İcbari tibbi sığorta : 750 x 2% = 15 manat.

Yekun məbləğ: 750 – (61 + 3.75 + 15) = 670.25 manat.

Deməli, Qurban Əliyevin əməkhaqqısı 670.25 manat olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    03-okt-2025 | Bloq
  • Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    03-okt-2025 | Bloq
  • Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    02-okt-2025 | Bloq
  • Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    02-okt-2025 | Bloq
  • Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    01-okt-2025 | Bloq
  • Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    01-okt-2025 | Bloq
  • İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    30-sen-2025 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    30-sen-2025 | Bloq
  • Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    29-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech