logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ

  • Bloq
  • 15-avq-2025, 10:44
  • 35
ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ

ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ


Xəbər verdiyimiz kimi 1 may 2025-ci il tarixindən etibarən əmək qabiliyyətinin itirilməsinə görə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması həyata keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir. Beləliklə 1 may 2025-ci il tarixdən etibarən tibb müəssisələri tərəfindən xəstəlik vərəqələri kağız formada tərtib edilməsinə icazə verilmir. Tibb müəssisələri tərəfindən xəstəlik vərəqələrinin elektron formada tərtib olunması zamanı bəzi texniki səhvlərin baş verməsi hallarına rast gəlinirdi.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin xəstəlik vərəqələri üzrə məlumatları müavinətlərin ödənilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim edir. Təcrübədə DSMF tərəfindən elektron xəstəlik vərəqəsindəki texniki səhv olduqda həmin sənədin qəbulundan imtina olunması hallarına rast gəlinirdi. Bu səbəbdən də, DSMF tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərə hesablanan müavinətlərin ödənişlərin həyata keçirilməsində ləngimələr baş verirdi. Elektron xəstəlik vərəqəsində olan texniki səhvin aradan qaldırılması işəgötürənin yox tibb müəssisəsinin səlahiyyətində olduğu üçün müavinətlərin ödənilməsndə ciddi problemlər baş verirdi.

ƏMAS altsistemində edilən dəyişikliyə əsasən platformada “xəstəlik vərəqələrin geri qaytarılması” altbölməsi yaradıldı:
İşəgötürən həmin bölməyə daxil olduqdan sonra texniki səhv baş verən xəstəlik vərəqəsinin sonundakı “geri qaytar” düyməsini sıxmalıdır:
“Geri qaytar” düyməsini sıxdıqdan sonra xəstəlik vərəqəsinin geri qaytarılması səbəbi seçilməklə qeydlər aparılmalıdır:
Tibb müəsissəsi işəgötürən tərəfindən geri qaytarılan xəstəlik vərəqəsi üzrə düzəliş etdikdən sonra ƏMAS altsitemində elektron xəstəlik vərəqəsi üzrə yenilənmə həyata keçiriləcək. İşəgötürən tərəfindən də düzəliş edilərək texniki səhv aradan qaldırılan YENİ xəstəlik vərəqəsi DSMF-ə göndərilməlidir.




  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech