logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fərdi sahibkarların gəlir vergisi güzəştləri: əsas meyarlar və tələblər

  • Bloq
  • 26-avq-2025, 10:57
  • 28
Fərdi sahibkarların gəlir vergisi güzəştləri: əsas meyarlar və tələblər

Fərdi sahibkarların gəlir vergisi güzəştləri: əsas meyarlar və tələblər


Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi güzəştləri, xüsusilə gəlir vergisindən 75%-lik azadolma hazırda geniş müzakirə edilən və tez-tez suallar doğuran məsələlərdəndir. Bu sahədə tətbiq olunan güzəştlər həm vergi yükünün azaldılması, həm də sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Mövzunu ekspert Fərid Zalov şərh edir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30 və 102.1.30-1-ci maddələrinə əsasən, fərdi sahibkarların gəlir vergisinə görə 75% güzəşt əldə etməsi mümkün ola bilər. Lakin bu güzəştin tətbiqi üçün konkret şərtlər və meyarlar mövcuddur.

Məcəllənin 102.1.30-1-ci maddəsinə əsasən, güzəşt yalnız aşağıdakı hallarda tətbiq edilir:

• Fərdi sahibkarın fəaliyyəti Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində sadalanan sahələrdən birinə uyğun olmalıdır. Bu sahələrə proqram təminatı, tərcümə, reklam, tədqiqat, təhsil, dizayn və digər peşəkar xidmətlər daxildir;
• Həmin fəaliyyət üzrə təqvim ili ərzində əldə olunan gəlir (xərclər nəzərə alınmadan) 45.000 manatadək olmalıdır;
• Əgər sahibkar bir neçə fəaliyyətlə məşğuldursa, güzəşt hüququnun yaranması üçün bu siyahıya daxil olan fəaliyyət üzrə gəlirin ümumi gəlirdəki payı 50%-dən az olmamalıdır.

Bu şərtlərə cavab verildiyi halda, fiziki şəxsin fəaliyyətindən əldə olunan gəlirin 75%-i vergidən azaddır. Əgər gəlir məbləği 45.000 manatı keçirsə və ya fəaliyyət uyğun deyilsə, bu maddə üzrə sahibkara güzəşt tətbiq edilmir.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Başqa sözlə, vergi ödəyicisi növbəti hesabat ilində artıq mikro sahibkar sayılmırsa, o zaman keçmiş 3 təqvim ilində mikro sahibkar kimi ödənilmiş gəlir vergisinin 75%-i qədər məbləğ gələcək illərdəki gəlir vergisi öhdəliyindən çıxılır.

Bu güzəştin tətbiqi üçün növbəti il aşağıdakı meyarlardan biri tətbiq edilməlidir:

• Orta aylıq işçi sayı 10 nəfərdən çox olmalıdır;
və ya
• İllik gəlir (dövriyyə) 200.000 manatdan artıq olmalıdır.

Bu halda, sahibkar artıq kiçik və ya orta sahibkarlıq subyektinə keçir və həmin keçid güzəştin əsasını təşkil edir.

Misal 1:

• İl: 2024
• İşçi sayı: 5 nəfər
• Dövriyyə: 800.000 manat

Təhlil: Dövriyyə 200.000 manatı keçdiyinə görə, sahibkar artıq mikro deyil, kiçik sahibkarlıq subyekti sayılır.

Nəticə: 75%-lik vergi güzəştindən istifadə mümkündür.

Misal 2:

• İl: 2024
• İşçi sayı: 13 nəfər
• Dövriyyə: 170.000 manat

Təhlil: İşçi sayı 10 nəfərdən çox olduğu üçün sahibkar mikro statusundan çıxır.

Nəticə: Güzəşt hüququ yaranır.

Misal 3:

• İl: 2024
• İşçi sayı: 5 nəfər
• Dövriyyə: 170.000 AZN

Təhlil: Nə işçi sayı, nə də dövriyyə tələb olunan həddi keçmir, buna görə də sahibkar mikro statusunda qalır.

Nəticə: 75%-lik vergi güzəşti tətbiq edilmir.

Tutaq ki, sahibkarlıq subyekti nə Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində göstərilən sahələrdə məşğul olur, nə də illik ortalama 3 işçisi var, sadəcə fərdi sahibkar kimi fəaliyyət göstərir. Bu halda o, 75% güzəşt hüququndan istifadə edə bilərmi?

Həmin fərdi sahibkar yalnız o halda bu hüququ əldə edə bilər ki, növbəti il artıq mikro sahibkar sayılmasın. Yəni işçi sayı 10-dan çox və ya illik dövriyyə 200.000 manatdan yuxarı olmalıdır. Əks halda, güzəşt tətbiq olunmur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    24-okt-2025 | Bloq
  • Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    24-okt-2025 | Bloq
  • SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    23-okt-2025 | Bloq
  • Gələn il də minimum maaş 400 manat olacaq
    Gələn il də minimum maaş 400 manat olacaq
    23-okt-2025 | Bloq
  • Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    23-okt-2025 | Bloq
  • Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    23-okt-2025 | Bloq
  • Lisenziyalarla bağlı YENİ QƏRAR
    Lisenziyalarla bağlı YENİ QƏRAR
    23-okt-2025 | Bloq
  • 7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq?
    7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq?
    22-okt-2025 | Bloq
  • Texnologiyalar parkının rezidentlərinə hansı güzəştlər tətbiq olunur?
    Texnologiyalar parkının rezidentlərinə hansı güzəştlər tətbiq olunur?
    22-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech