logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Artıq ödənilmiş vergilərin və sosial sığorta haqlarının geri qaytarılması qaydaları

  • Bloq
  • 26-avq-2025, 11:14
  • 43
Artıq ödənilmiş vergilərin və sosial sığorta haqlarının geri qaytarılması qaydaları

Artıq ödənilmiş vergilərin və sosial sığorta haqlarının geri qaytarılması qaydaları


Bildiririk ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.

Artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməlidirlər. Lakin, sizin sorğunuza cavab olaraq bildiririk ki, artıq ödənilmiş vəsait həmin şəxsin vergi orqanına müraciəti əsasında həmin şəxsə qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?
    Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?
    30-yan-2026 | Bloq
  • Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib
    Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib
    30-yan-2026 | Bloq
  • Səhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur?
    Səhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur?
    29-yan-2026 | Bloq
  • Uşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu?
    Uşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu?
    29-yan-2026 | Bloq
  • Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    Hansı sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?
    28-yan-2026 | Bloq
  • Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?
    28-yan-2026 | Bloq
  • Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    27-yan-2026 | Bloq
  • “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    27-yan-2026 | Bloq
  • Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    26-yan-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech