Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?

Mövzunu ekspert Anar Bayramov şərh edir. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 48-ci maddəsinə yeni - 7-ci hissə əlavə edilib. Əlavədə qeyd olunur ki, əmək müqaviləsi bağlanıldıqdan sonra işçilərlə bağlı elektron informasiya sistemində mövcud olan əmək fəaliyyətinə dair ümumi məlumatların, o cümlədən həmin və ya digər işəgötürənlə əvvəllər onlarla bağlanılmış əmək müqavilələrinin, onlarda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı məlumatların işəgötürənə ötürülməsi istisna olmaqla, şəxsin əmək fəaliyyəti barədə məlumatların digər şəxslǝrǝ ötürülməsi "Fərdi məlumatlar haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlar ilə tənzimlənir.
Əlavədən göründüyü kimi, ƏMAS altsistemi vasitəsilə işçi ilə bağlı aşağıdakı məlumatların işəgötürənə ötürülməsinə icazə verilir:
- Cari və öncəki işəgötürənlərlə bağlanmış əmək müqavilələri haqqında;
- Cari və öncəki işəgötürənlərlə bağlanmış əmək müqavilələrinə dəyişikliklərin edilməsi barədə;
- Öncəki işəgötürənlərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi barǝdə;
- İşçinin əmək fəaliyyəti ilə bağlı yuxarıda qeyd edilən digər məlumatların ötürülməsi "Fərdi məlumatlar haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlar ilə tənzimlənir.
Öncə qeyd edək ki, fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. "Fərdi məlumatlar haqqında" Qanunun 13.1-ci maddəsinə əsasən, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı ilə yol verilir.
Qeyd edək ki, fərdi məlumatların subyekti dedikdə barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs başa düşülür. Qanuna əsasən, fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir:
Açıq kateqoriyalı fərdi məlumatlar verildikdə
"Fərdi məlumatlar haqqında" Qanunun 5.3-cü maddəsinə əsasən, açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir.
Misal: Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.
Konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə
"Fərdi məlumatlar haqqında" Qanunun 5.2-ci maddəsinə əsasən, konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.
Fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda
İşçinin həyat və sağlamlığı ilə bağlı ciddi təhlükə yaranması mümkündür. Bu zaman işçinin razılığı olmadan fərdi məlumatların üçüncü şəxsə ötürülməsinə qanunvericilik icazə verir. "İnformasiya əldə etmək haqqında" Qanunun 38.2-ci maddəsinə əsasən, əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır:
- qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar;
- etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;
- cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;
- şəxsin məhkumluğu barədə məlumatlar;
- sağlamlıq vəziyyəti haqqında məlumatlar;
- şəxsin özəl xüsusiyyətləri, qabiliyyəti və xarakterinin digər cizgiləri haqqında məlumatlar;
- sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barədə məlumatlar;
- ruhi və fiziki əzablara dair məlumatlar;
- şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar;
- vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar;
- maliyyə əməliyyatları barədə məlumatlar.
Qanunun 38.3-cü maddəsinə əsasən, əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:
- cinsi həyat haqqında məlumatlar;
- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;
- ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;
- övladlığa götürmə ilə bağlı məlumatlar.