logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?

  • Bloq
  • 17-sen-2025, 10:55
  • 23
İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?

İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?


ƏMAS altsistemində əlillik haqqında məlumatın qeyd olunması proqram təminatının üstün cəhəti hesab edilir, çünki bununla işəgötürənlərin rastlaşdığı bəzi problemlər aradan qaldırılıb. Bəs işçinin əlilliyi haqqında məlumatlar işəgötürənə nə üçün lazımdır? Bununla bağlı hansı məqamlara diqqət yeririlməlidir?

Suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

İşçinin əlilliyi haqqında məlumatların qeyd edilməsi bəzi həmkarlarımız tərəfindən birmənalı qarşılanmadı. Bu səbəbdən də müəyyən dövrdə ƏMAS altsistemində əlillik haqqında məlumatların verilməməsi halları baş verdi. Hazırda işçinin əlilliyi haqqında aşağıdakı məlumatlar sistemdə öz əksini tapır:

- İşçinin əlillik qrupu;
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) rəyi;
- Diaqnozu.

Məlumat üçün bildirək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda edilmiş dəyişiklik nəticəsində əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.

İşəgötürən DTSERA-nın rəyinə xüsusi diqqət yetirməlidir. Təcrübədə rast gəldiyimiz hallardan biri də işçiyə əlillik müəyyən edilərkən onun tam əmək qabiliyyətsiz hesab olunmasıdır. Bu zaman işəgötürən işçini işə qəbul etməməlidir. Amma işəgötürən həmin şəxsin yüngül işlərə aid edilən vəzifədə çalışmasını istəyirsə, bu zaman həmin vəzifə üzrə işləri təsvir etməklə rǝy alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət göndərməlidir. Əgər dövlət qurumu tərəfindən əlilliyi olan işçinin həmin vəzifədə çalışmasına icazə verilərsə, o zaman rəsmiləşdirilmə həyata keçirilməlidir.

Bəs işəgötürən əlilliklə bağlı digər hansı məqamları nəzərə almalıdır?


Təcrübədə rast gəlinən problemlərdən biri də işəgötürənin işə qəbul etdiyi işçinin əlilliyi haqqında məlumata malik olmaması idi. Bəzi hallarda işçi əlil olması haqqında məlumatı gizlədirdi ki, işəgötürənin seçiminə neqativ təsir etməsin. Bir müddətdən sonra işçi fərdi əmək mübahisələri zamanı dövlət qurumuna şikayət edirdi ki, əlil olmasına baxmayaraq, onun əmək hüquqları pozulub. İşəgötürən isə iddia edirdi ki, işçi əlillik haqqında məlumatları təqdim etmədiyi üçün ona digər işçilər kimi münasibət göstərilib.

ƏMAS altsistemində əlillik haqqında məlumatların təqdim edilməsi yuxarıda qeyd olunan mübahisələrin aradan qalxmasına xidmət edəcək. Əmək Məcəlləsində işçinin iş vaxtı, məzuniyyət vaxtı, iş yeri və s. əmək şəraiti ilə bağlı tələblər mövcuddur. Odur ki, işəgötürən əlilliyi olan işçini işə qəbul edəndə aşağıdakı əsas məqamlara diqqət yetirməlidir:

- Əlilliyi olan şəxslərə münasibətdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna uyğun müəyyən edilmiş iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması (Əmək Məcəlləsi: Maddə 54);

- İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan (Əmək Məcəlləsi: Maddə 78) şəxslərin işdə saxlanmasına üstünlük verir;

- Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər bu kimi subyektlərdə müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. (Əmək Məcəlləsi: Maddə 79);

- Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görǝ əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır (Əmək Məcəlləsi: Maddə 91);

- Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər (Əmək Məcəlləsi: Maddə 98);

- Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi: Maddə 119).

Qeyd edək ki, Nazirlər Kabinetinin 3 sentyabr 2019-cu il tarixli 380 nömrəli qərarı ilə “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq edilib. Həmin standartlar "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 23.2-ci maddəsinə uyğun qaydada hazırlanıb və tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech