logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları

  • Bloq
  • 01-okt-2025, 09:52
  • 20
Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları

Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları


Sahibkarları maraqlandıran məsələlərdən biri də əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata alınmaqdır. Qanunvericiliyə əsasən, ƏDV ödəyicisi qismində qeydiyyat könüllü və ya məcburi ola bilər. Bununla bağlı tələblər və şərtləri vergi eksperti İsmayıl Bağırov açıqlayır.

Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Məcəllənin 157.2-ci maddəsində isə göstərilib ki, şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona Dövlət Vergi Xidmətinin müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatları, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.

ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Bildiriş itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona sənədin surəti verilir.

Vergi Məcəlləsinin 157.3-cü maddəsinin tələbinə görə, qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq, aşağıdakı tarixlərin birində qüvvəyə minir:

- məcburi qeydiyyat zamanı:
- ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;

Misal 1: 2024-cü ilin yanvar ayında vergi ödəyicisinin son 12 aylıq dövriyyəsi 230.000 manat olub. Bu halda ödəyici 01.02.2024-cü il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınması ilə bağlı vergi orqanlarına 10 gün müddətində ərizə verməli və fevral ayının 1-dən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməlidir.

- bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək;

Misal 2: Fərz edək ki, sadələşdirilmiş vergi ödəyicisi olan “XX” MMC 2024-cü ilin yanvar ayında B müəssisəsi ilə 215.000 manatlıq xidmət göstərilməsi (və ya mal təqdim olunması) ilə bağlı müqavilə bağlayıb. Xidmət (mallar) həmin ilin fevral ayında “XX” MMC tərəfindən B müəssisəsinə təqdim olunacaq. Bu zaman “XX” MMC xidmət (mallar) təqdim olunana kimi ƏDV ödəyicisi kimi uçota alınmalıdır. Yəni, əməliyyat baş verməmiş vergi orqanlarına ərizə ilə müraciət etməlidir.

- Vergi Məcəlləsinin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə.

Qeyd edək ki, Vergi Məcəlləsinin 154.6-cı maddəsində aksizli malların, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər nəzərdə tutulur.

Misal 3: 2022-ci ilin yanvar ayında aksizli malların istehsalı ilə məşğul olmaq istəyən şəxs vergi orqanında uçotda durmaq üçün müvafiq ərizə ilə vergi orqanına müraciət edir. Bu zaman həmin şəxs ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə də verməyə borcludur. Əgər vergi ödəyicisi sonradan, tutaq ki, 2022-ci ilin may ayının 10-dan aksizli malların istehsalı ilə məşğul olacaqsa, onda həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə, yəni mayın 10-da ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə də verməlidir.

• könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə;

Könüllü qeydiyyat zamanı vergi ödəyicisi ərizə təqdim etməlidir. Bu zaman ərizə təqdim olunan aydan sonrakı ayın 1-dən vergi ödəyicisi ƏDV ödəyicisi kimi uçota alınacaq.

Misal 4: Hüquqi şəxs mənfəət vergisi ödəyicisidir və 2024-cü ilin may ayında ƏDV qeydiyyatına alınmaq üçün vergi orqanına ərizə verib. Lakin hansı tarixdən etibarən ƏDV ödəyicisi olmaq istəyi ərizədə göstərilməyib. Bu halda müəssisənin ƏDV məqsədləri üçün qeydiyyatı qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündən, yəni iyun ayının 1-dən etibarən qüvvəyə minir.

Misal 5: “XX” MMC qərara alıb ki, 2024-cü ilin may ayından ƏDV ödəyicisi kimi uçota dursun. Bu zaman ərizə həmin ilin aprelində təqdim olunmalıdır. Ərizənin aprel ayının hansı günündə təqdim edilməsinin əhəmiyyəti yoxdur. Bütün hallarda ƏDV ödəyicisinin qeydiyyatı 01 may 2024-cü ildən aparılacaq.

• Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.

Misal 6: Şəxs 2024-cü ilin noyabr ayında qeydiyyata dair öhdəliyi yaranmadığı halda, könüllü olaraq vergi orqanına 2022-ci ilin may ayından ƏDV ödəyicisi kimi qeydiyyata alınmağa dair ərizə verib. Bu halda həmin vergi ödəyicisinin qeydiyyat tarixi may ayının 1-dən qüvvəyə minir.

Şəxsin qeydiyyata dair öhdəliyi yaranmadığı halda, o, könüllü olaraq vergi orqanına əvvəlki 3 illik dövrün istənilən ayından ƏDV ödəyicisi kimi qeydiyyata alınmağa dair ərizə verə bilər. Bu halda həmin vergi ödəyicisinin qeydiyyat tarixi ərizədə göstərdiyi ayın 1-dən qüvvəyə minir.

Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir.

Misal 7: ƏDV ödəyicisi 2025-ci ilin yanvar ayında 2020-ci ilin dekabr ayı üçün ƏDV-nin dəqiqləşdirilməsini istəyir. Lakin 3 illik dövr bitdiyindən ödəyici həmin dövrə dəqiqləşdirilmiş hesabat verə bilməz.

Bu maddənin müddəaları Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslərə, habelə 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) ilə Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə), yük daşımalarını həyata keçirən şəxslər könüllü olaraq vergi orqanına əvvəlki 3 illik dövr üçün ƏDV qeydiyyatına dair ərizə verə bilməzlər.

Vergi Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur.

Məcəllənin 157.5-ci maddəsinə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir.

Misal 8: “AA” MMC-nin dövriyyəsi 2023-cü ilin may ayında 210.000 manat olub, lakin hansısa səbəbdən bundan xəbəri yoxdur və 2023-cü ilin ikinci rübünün sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib. MMC 2023-cü ilin iyun ayında ƏDV ilə bağlı verməli olduğu qeydiyyat ərizəsini təqdim etməyib. İkinci rüb sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunanda vergi orqanlarına bəlli olur ki, artıq 2023-cü ilin iyun ayından “AA” MMC ƏDV ödəyicisi kimi uçota alınmalıdır. Vergi orqanı bununla bağlı MMC-yə xəbərdarlıq məktubu göndərir ki, dövriyyəniz artıb, ƏDV ödəyicisi kimi uçota alınmaq üçün təcili ərizə təqdim etməlisiniz. “AA” MMC də ərizə təqdim etməli və ərizədə qeydiyyat tarixini 1 iyun 2023-cü il göstərməlidir. Əgər “AA” MMC ərizə təqdim etmirsə, bu zaman vergi orqanları MMC-ni 1 iyun 2023-cü ildən ƏDV ödəyicisi kimi uçota alır və qeydiyyat bildirişini təqdim edir.

Vergi Məcəlləsinin 157.6-cı maddəsində göstərilib ki, ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş hallarda rəsmi sorğulara əsasən sorğu edənə “ƏDV ödəyicilərinin reyestrindən çıxarış” verilir.

Bəs könüllü qeydiyyat üçün nələr tələb olunur?

Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Misal 9: 2023-cü ilin noyabr ayında vergi ödəyicisi olan fiziki şəxsin qeydiyyata dair öhdəliyi yaranmadığı halda, o, könüllü olaraq vergi orqanına həmin ilin iyul ayından ƏDV ödəyicisi kimi qeydiyyata alınmağa dair ərizə verir. Bu halda həmin vergi ödəyicisinin qeydiyyat tarixi 2023-cü ilin iyul ayının 1-dən qüvvəyə minir.

Şəxsin qeydiyyata dair öhdəliyi yaranmadığı halda, o, könüllü olaraq vergi orqanına əvvəlki ilin iyul ayından da ƏDV ödəyicisi kimi qeydiyyata alınmağa dair ərizə verə bilər. Bu halda həmin vergi ödəyicisinin qeydiyyat tarixi ərizədə göstərdiyi ilin iyul ayının 1-dən qüvvəyə minir.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) Vergi Məcəlləsinin 156-cı maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə edə bilərlər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını həyata keçirən və göstərdikləri xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (beynəlxalq sərnişin daşımaları və taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilərlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    03-okt-2025 | Bloq
  • Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    03-okt-2025 | Bloq
  • Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    02-okt-2025 | Bloq
  • Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    02-okt-2025 | Bloq
  • Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    01-okt-2025 | Bloq
  • Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    01-okt-2025 | Bloq
  • İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    30-sen-2025 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    30-sen-2025 | Bloq
  • Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    29-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech