logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri

  • Bloq
  • 02-okt-2025, 10:10
  • 49
Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri

Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri


Vergi məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Vergi məcəlləsininn 102.2.4-cü maddəsinə əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirlərinə güzəştlər tədbiq olunur.

Nəzərinizə çatdırırıq ki, Vergi məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi məcəlləsinin 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Həmçinin Vergi məcəlləsinin 207.2-ci maddəsinə əsasən mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması ilə bağlı güzəşt müharibə ilə əlaqədar əlil olan şəxslərə də şamil olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech