logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər

  • Bloq
  • 03-okt-2025, 10:01
  • 49
Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər

Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər


Bəzi hallarda işə yeni qəbul olunan işçilər müxtəlif səbəblərdən qısa müddətdə işdən ayrılmalı olurlar. 1-2 ay kimi qısa müddətdə əmək müqaviləsinə xitam verilən işçiyə son haqq-hesab verilməlidir. Bəs yeni iş yerində 6 ayı, 1 ili tamam olmayan işçi işdən çıxarsa, ona hansı ödənişlər ediləcək? Bu halda işçiyə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya hesablanırmı?

Suallara mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir.

Əmək Məcəlləsinin 9-cu maddəsinin “x” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri hər il minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququdur.

Müəssisədə nə qədər müddət işləməsindən asılı olmayaraq, işçi işə başladığı gündən hər iş ilinə görə məzuniyyəti formalaşır. Əmək Məcəlləsinin 114-cü maddəsinin tələbinə görə, əsas məzuniyyət 21 və 30 gün müəyyən edilib. Məcəllənin 83-cü maddəsinin 4-cü bəndində qeyd olunur ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məcəllənin 144-cü maddəsinin 1-ci bəndində isə göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, əsas məzuniyyət 21 və 30 gündür. Deməli, son haqq-hesabda işçiyə 21, yaxud 30 gün olmaqla əsas məzuniyyətə görə kompensasiya hesablanacaq. Çünki Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən, son haqq-hesabda əlavə məzuniyyətə görə pul əvəzi (kompensasiya) verilmir. İşçinin işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

Misal 1: İşçi müəssisədə mütəxəssis vəzifəsində işləyir və aylıq vəzifə maaşı 2.000 manatdır. Onun əsas məzuniyyəti 30 gün, əlavə olaraq staja görə 4 və uşağa görə 2 gündür. İşçi işdən çıxdıqda məzuniyyət qalığı 30 gün üzərindən hesablanacaq. Fərz edək ki, həmin mütəxəssis iş ilini tam işləməyib, işə qəbul olduqdan 2 ay sonra işdən ayrılıb. Bu zaman ona ödəniləcək məzuniyyətin kompensasiyası aşağıdakı kimi hesablanacaq:

30 : 12 = 2,5 gün;
2,5 x 2 = 5 gün.

Kompensasiya hesablanması Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydasına uyğun olaraq həyata keçirilir. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin orta əməkhaqqı məbləğini müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

(2.000 + 2.000) : 2 = 2.000 manat;
2.000 : 30.4 = 65.79 manat;
65.79 x 5 = 328.95 manat.

Deməli, 2 aydan sonra işdən çıxan işçiyə qalıq əsas məzuniyyətə görə 328.95 manat kompensasiya ödəniləcək.

Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Tutaq ki, işçinin son iş günü 2 sentyabr 2025-ci il olub. Ona görə də 2 günün əməkhaqqı hesablanıb ödənilməldir.

Əvvəlcə 1 günə düşən əməkhaqqını tapaq. Qeyd edək ki, 2025-ci ilin istehsalat təqviminə görə sentyabr ayında 5 günlük iş qrafikində 22 iş günü var. Deməli, işçinin 1 günə düşən əməkhaqqı məbləği 90.90 manat edir:

2.000 : 22 = 90.90 manat;
90.90 x 2 = 181.8 manat (2 gün üçün əməkhaqqı).

Tutaq ki, işəgötürən işçiyə sentyabr ayı üzrə 50 manat mükafat verib. Bu halda işdən çıxan işçinin son haqq-hesabı belə hesablanacaq:

181.8 + 328.95 + 50 = 560.75 manat.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech