Sənaye sahəsinin inkişafında vergi güzəştlərinin rolu

Sənaye iqtisadiyyatın əsas sahələrindən biridir və innovasiyanı dəstəkləməklə dayanıqlı artıma mühüm töhfələr verir. Sənaye istehsalat, infrastruktur və resursların səmərəli istifadəsi kimi sahələri əhatə edir, iş yerlərinin yaradılması, məhsuldarlığın artırılması və texnoloji irəliləyişin dəstəklənməsi ilə ÜDM artımına təkan verir. Eyni zamanda yaşıl istehsal kimi davamlı təcrübələr sənaye sektorunun inkişafı ilə irəliləyiş nümayiş etdirərək, iqtisadiyyatı ekoloji məqsədlərlə uyğunlaşdırmağa kömək edir. Xüsusilə geosiyasi gərginliklər, iqlim keçidləri və pandemiyadan sonrakı bərpa kimi çağırışlar fonunda son dövrlərin beynəlxalq hesabatlarında sənayenin inkişafı xüsusi diqqət mərkəzindədir.
Dayanıqlı inkişaf məqsədlərinə çatmaqda sənaye sahəsinin rolu
Dayanıqlı infrastrukturun və sənayeləşmənin təşviqi və innovasiyaların dəstəklənməsi BMT tərəfindən müəyyənləşdirilmiş dayanıqlı inkişaf məqsədlərində yer alır. Davamlı sənayeləşmənin təşviqi iqtisadi inkişafın əsas mühərriklərindəndir. İqtisadi artım, sosial inkişaf və iqlim tədbirləri infrastruktur, davamlı sənaye inkişafı və texnoloji tərəqqiyə investisiyalardan güclü şəkildə asılıdır. Qurumun 2025-ci il üçün hesabatında qeyd edilir ki, sürətlə dəyişən qlobal iqtisadi şərait və artan bərabərsizlik fonunda davamlı inkişaf sənayeləşməni ehtiva etməlidir ki, bu da bir tərəfdən hər kəs üçün imkanları əlçatan edir, digər tərəfdən isə innovasiya və möhkəm infrastrukturla səciyyələnir. 2015-ci ildən bəri qlobal mühitdə infrastruktur inkişafı, sənaye artımı və innovasiya sahəsində əhəmiyyətli irəliləyişlər baş verib. 2015–2024-cü illər arasında qlobal istehsalın hər nəfərə düşən əlavə dəyəri 17.3 faiz artıb. Qlobal istehsalatın artım tempi 2021-ci ildə 7.4 faizdən 2022-ci ildə 2.7 faizə enib, 2024-cü ildə isə illik təxminən 2.7 faiz artımla yenidən yüksəlmə müşahidə olunub. 2023-cü ildə dəniz yük daşımalarının həcmi inkişaf etməkdə olan ölkələrin artan iştirakı ilə 11.6 milyard metrik tona çatıb. Eyni zamanda, 5G mobil genişzolaqlı xidmət dünya əhalisinin 51 faizini əhatə edir. İnklüziv və davamlı sənayeləşmə, innovasiya və infrastrukturla birgə, dinamik və rəqabətqabiliyyətli iqtisadi qüvvələri dəstəkləyir, məşğulluq və gəlir mənbələri yaradır. Sənayeləşmə yeni texnologiyaların tətbiqində, beynəlxalq ticarətin asanlaşdırılmasında və resursların səmərəli istifadəsində əsas rol oynayır. Yeni sənaye sahələrinin inkişafı həyat səviyyəsinin yüksəlməsi deməkdir. Əgər sənayelər davamlılıq prinsipləri əsasında inkişaf edərsə, bu yanaşma ətraf mühitə müsbət təsir göstərir.
2015-ci ildən bəri qlobal mühitdə infrastruktur inkişafı, sənaye artımı və innovasiya sahəsində əhəmiyyətli irəliləyişlər baş verib
Sənaye sahəsinin inkişafını sürətləndirən stimullaşdırıcı imkanlar
Azərbaycanda sənaye xüsusilə qeyri-neft sektorunda ən sürətli artım nümayiş etdirir. Ölkəmizin iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması sənayeləşmə yolu ilə həyata keçirilir. Bu baxımdan sənayenin transformasiyası üzrə sistemli siyasət aparılır. Ölkəmizdə sənayeləşmə təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyənləşib. Azərbaycanda sənayeləşmənin yeni mərhələsi təkcə istehsalın artırılması deyil, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması ilə xarakterizə edilir. Sənaye zonalarının inkişafı və investisiya təşviqləri, təkmilləşdirilən infrastruktur innovasiyalara və ixraca əsaslanan artıma töhfə verən ekosistemlər yaradır. Yeni sənayeləşmədə texnoloji dəyişikliyə uyğunlaşmaq üçün bütün ölkələr yeni strateji həllərin tətbiqinə xüsusi diqqət yetirirlər. Ölkəmizdə isə sənaye sahəsi geniş vergi güzəştləri və təşviqlərlə dəstəklənir. Sənaye parklarının rezidentləri üçün əmlak vergisi, torpaq vergisi, gəlir və mənfəət vergisi, o cümlədən ƏDV üzrə güzəştlər mövcuddur. Sahibkarlar bu imkanlardan geniş şəkildə yararlanırlar. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki 8 sənaye parkında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyə qədər 524,5 milyon manat, təkcə bu ilin yanvar-avqust aylarında isə 19,5 milyon manatdan çox vəsaitə qənaət ediblər. İndiyə qədər parklarda fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1 805 ədəd, bu ilin 8 ayında isə 210 ədəd təsdiqedici sənəd verilib.
Ölkəmizdə sənaye sahəsi geniş vergi güzəştləri və təşviqlərlə dəstəklənir
Vergi güzəştləri həm yerli, həm də xarici investorlar üçün sənaye sahəsində investisiya qoyuluşlarını daha cəlbedici edir. Bu isə yeni sənaye müəssisələrinin yaradılması və mövcud fəaliyyət sahələrinin genişləndirilməsi ilə nəticələnir. Sənaye sahəsinə vergi güzəştləri verildikcə, müəssisələr daha çox işçi qəbul edə bilir və əməkhaqqı fondunu artırmaq imkanları genişlənir. Vergi güzəştləri ilə dəstək alan sənaye müəssisələri daha çox yerli xammal və resurslardan istifadə edərək məhsul istehsal edə bilirlər. Bu, idxaldan asılılığın azalmasına kömək edir. Təşviqlər müəssisələrin yeni texnologiyalara daha çox sərmayə yatırmasına da yol açır ki, bu da rəqabət mühitinin inkişafı ilə nəticələnir. Nəticə etibarilə vergi güzəştləri sənaye sahəsinin inkişafına təkan verməklə iqtisadi artımı sürətləndirmək, istehsalı genişləndirmək, sosial rifahı yüksəltmək, ixrac potensialını artırmaq və yerli bazarın dayanıqlılığını təmin etmək kimi məqsədlərə çatmaq üçün effektiv alət kimi çıxış edir.